Əli Əliyev  bu dəqiqələrdə sərbəst buraxılıb:

Əli Əliyev  bu dəqiqələrdə sərbəst buraxılıb: " Ölkə miqyasında aparılan bir cinayət işinin  təfərrüatları ilə bağlı sorğu-sual idi" (YENİLƏNİB)

Vətəndaş və İnkişaf Partiyasinın (VİP) sədri Əli Əliyev  bu dəqiqələrdə sərbəst buraxılıb.

Azadmediatv.com -un xəbərinə görə, bu gün günorta saatlarında onunla birlikdə "Bumeranq" TV-nin rəhbəri  Elçin Rəhimzadənin də saxlanıldığını qeyd edilib.

Sərbəst buraxıldıqdan sonra VİP-in qərargahına gələn Əli Əliyev  brifinq keçirib. Saxlanılmasıyla bağlı yayılan xəbərlərə aydırlıq gətirmək üçün internet televiziyaları vasitəsilə baş verənlər barədə məlumat verib.

Ə.Əliyev öncə bildirib ki, Elçin Rəhimzadə  noyabrın 6-da  evdən çıxarkən  bir insidenti müşahidə etdiyi üçün bu barədə ona zəng edərək məlumat verib. Onlar bununla bağlı məsləhətləşmək üçün qərargaha gəlmək barədə razılaşıblar: “Biz qərargaha günorta saat 12-də daxil olduq. Özlərini DTX əməkdaşları kimi təqdim edən şəxslər gəlmişdilər. Mən onlarla bir yerdə getdim. Burda baş verənlərdən xəbərim olmadı.  Saat 12:30-dan  yarısından orda idim. Ölkə miqyasında aparılan bir cinayət işinin  təfərrüatları ilə bağlı sorğu-sual idi.  Bunun hansı iş olması ilə bağlı heç nə deyə bilmərəm. Yəqin ki, ictimailəşəcək. "Bumeranq" TV-də yayımlanan bir neçə videogörüntü haqqında söhbət getdi.  Başladılan araşdırma ilə bağlı  detalları sorşdular. Mən şahid qismində dindirilmişəm. Elçin bəy də burda fəaliyyət göstərir. Mən də nəyi bildiyimi açıq şəkildə dedim”.
Ə.Əliyev bildirib ki, onu "qara maskalılar" aparmayıb. Mülki geyimli şəxslər onu istintaqa dəvət ediblər. Həm yolda, həm də DTX binasında da ona sayğılı münasibət göstərilib: “Özləri də dedilər ki, sizi ziyalı kimi qəbul edirik. Dəvət olunmağımın səbəbi kimi aparılan cinayət işinin təfərrüatını öyrənmək olduğunu dedilər. Heç bir zorakılıq olmayıb. Hətta yolda mənə dərman lazım olub-olmamasını soruşdular, mədəni davrandılar. Orda olanda da yarım litrlik su alıblar. Dövlət orqanıdır, cinayət işi var. Cinayət işinin təfərrüatları ilə bağlı istintaq aparılır, bizi də dəvət ediblər”.

Elçin Rəhimzadə də açıqlamasında bildirib ki, ona sözügedən videolarla bağlı suallar verilib: “Məndən soruşuldu ki, o videoların mənbəyi hardandır. Hansı videoların olması ilə bağlı indi sizə hansısa açıqlama verə bilmərəm. Amma onu deyim ki, miqyaslı işdir. Orda bizdən xahiş olundu ki, bir müddətlik bu barədə danışmayın. Sonra bu barədə məlumat verərsiz... Əli bəylə bizi ayrı-ayrı aparıblar. Məni 4 saat burda saxladılar, axtarış etdilər. Evimdə də axtarış aparıldı. Mənə qarşı heç bir zorakılıq olmadı . Sadəcə izah edildi ki, sizi şahid qismində çağırmışıq ki, bu heyətlə nə əlaqəniz var?”.
Ə.Əliyev brifinq zamanı mətbuat nümayəndələrinin “siyasi fəaliyyətinizlə bağlı sizə hansısa eyham olundumu?” sualını da cavablandırıb: “Siyasi fəaliyətimlə bağlı hər hansı eyham olmadı. Amma ola bilsin ki, nəsə ola bilər. Mən şahidəm, cinayət işi var. Konkret sual verib, cavab alıblar. Gələcəkdə görəcəyik ki, bu, gerçəkdən cinayət işi ilə bağlıdır, ya konkret mənim siyasi fəaliyyətimlə bağlıdır. Mən bundan əvvəl də prokurorluğa çağırılmışdım. Görünür, hökumət məni dişinə vurur. Narahat olmayın, siyasətçi həbsə də düşəcək, təzyiqə də məruz qalacaq. Biz ölkəni rifahlı etmək üçün çalışırıq. Dövlət orqanlarında işləyənlər də normal, kifayət qədər məlumatlı insanlardır”.

.Azadmediatv.com




OXŞAR XƏBƏRLƏR