"Zəfər Günü" münasibətilə Bakıda geniş miqyaslı yürüş keçiriləcək

Noyabrın 8-i  Azərbaycanın Vətən Müharibəsində qazandığı böyük qələbənin ilk  ildönümü -  "Zəfər Günü" münasibətilə Bakıda geniş miqyaslı yürüş keçiriləcək.

Azadmediatv.com-un xəbərinə görə, aksiya "Azneft dairəsi"ndən başlayaraq Hərbi Qənimətlər Parkında yekunlaşacaq.

Belə ki, artıq Bakıda "Zəfər Günü" ilə bağlı hazırlıqlar başa çatıb. Paytaxtın küçə və prospektləri, binaların eyvanları bayraqlarla bəzədilib. Zəfər Günü əlaqədar olaraq bir sıra dövlət orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimində xidmət  göstərəcəklər.  Bimda məqsəd vətəndaşlarımızın bayram günün  təhlükəsiz və rahat şəkildə qeyd etmələrinə şərait yaratmaqdır.

Zəfər Günü münasibətilə Bakıda yürüş keçiriləcək » XalqXeber.Az | Son  xeberler Azerbaycan xeberleri

Vətəndaşların həyat və fəaliyyəti, habelə bayram şənlikləri ilə əlaqədar aidiyyəti üzrə təhlükəsizliyin təmin edilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının struktur bölmə və qurumlarına bununla bağlı müvafiq tapşırıqlar  da verilib. "Zəfər Günü" münasibətilə keçiriləcək tədbirlərlə əlaqədar təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Məhdudiyyət paytaxt ərazisində keçiriləcək tədbirlə əlaqədar saat 07:00-dan tədbir başa çatana qədər nəzərdə tutulub. Yürüşlə əlaqədar "Azneft” dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Azadlıq, Bülbül, Rəsul Rza, Yusif Səfərov, İstiqlaliyyət küçələri istiqamətində "Ağ Şəhər" Bulvarı olmaqla avtomobillərin hərəkət istiqamətləri dəyişdirilir. Bundan başqa avtomobillərin 20-ci Sahə dairəsində şəhər istiqamətinə gəlməsi, Bayıl qəsəbəsi daxili küçələri ilə hərəkət Mehdi Hüseyn, Teymur Elçin küçələri ilə Parlament prospektinə çıxış nəzərdə tutulub.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR