İdmançı Bəxtiyar Nəsibovu  qətlə yetirən  Əli Abbasovun məhkəmə prosesi  təxirə salınıb

İdmançı Bəxtiyar Nəsibovu  qətlə yetirən Əli Abbasovun məhkəmə prosesi təxirə salınıb

Noyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə 2021-ci il martın 1-də Bakının Xətai rayonu ərazisində 22 yaşlı  idmançı Bəxtiyar Nəsibovu  qətlə yetirməkdə ittiham edilən 19 yaşlı Əli Abbasovun məhkəmə prosesi davam etdirilib. 

Azadmediatv.com-un  xəbərinə görə, təqsirləndirilənin hüquqlarını müdafiə edən vəkil Nüşabə  Ağayeva prosesdə iştirak etmədiyinə görə, məhkəmə araşdırması təxirə salınıb.

Proses dekabrın 10-da davam edəcək. 

Qeyd edək ki, Nəsibov Bəxtiyar Əli oğlu idmançı olub. 

O, idman zalında məşq edərkən tanımadığı Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Abbasov Əli Allahverdi oğlu ilə aralarında  mübahisə yaşanıb.

Belə ki, yaxınlıqda məşq edən Əli Abbasov guya Bəxtiyarın ona tərəf istehzalı baxışlarından qıcıqlanıb və ona irad bildirib. Daha sonra tərəflər arasında yaranan mübahisə münaqişəyə çevrilib. Ə.Abbasov idman zalını tərk edəndən sonra özü ilə bıçaq gətirib və Bəxtiyarın döş qəfəsi nahiyəsinə öldürücü xəsarət yetirib. 22 yaşlı idmançı aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Xatırladaq ki, hadisə 2021-ci il martın 1-i saat 13:00 radələrində Bakının Xətai rayonu, N.Tusi küçəsi 18 ünvanında yerləşən binanın qarşısında  bzş verib. Belə ki, 1999-cu il təvəllüdlü Nəsibov Bəxtiyar Əli oğlunun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xətai rayon prokurorluğundan  bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Abbasov Əli Allahverdi oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəxtiyar Nəsibovun döş qəfəsinin sol nahiyəsinə kəsici-deşici alətlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
Azadmediatv.com
 





OXŞAR XƏBƏRLƏR