Avropa Şurasının Nazirlər Komitəsinin Azərbaycan işləri üzrə yeni qərarları  dərc olunacaq

Avropa Şurasının Nazirlər Komitəsinin Azərbaycan işləri üzrə yeni qərarları dərc olunacaq

Avropa Şurasının Nazirlər Komitəsinin Azərbaycan işləri üzrə yeni qərarları dekabrın 3-də dərc olunacaq

Azadmediatv.com-un xəbərinə görə, noyabrın 30-da Strasburqda Avropa Şurasının Nazirlər Komitəsi Avropa Şurasına üzv ölkələrin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarını necə yerinə yetirdiklərini müzakirə etmək üçün  başlayan iclas  dekabrın 2-dək  öz işini başa vuracaq. 

Belə ki, sözügedən  iclasın gündəliyində Azərbaycanla bağlı bir neçə qrup üzrə qərarların icrasının müzakirəsi də yer alıb. 

 Müzakirə obyekti olan işlərdən biri də "Qafqaz Məmmədovun Azərbaycana qarşı" şikayəti üzrə AİHM-in qərarıdır. Qeyd edək ki, sözügedən qərarın son icra müddəti 2016-cı ilin martında bitib. Q.Məmmədovun şikayəti  aksiyanın dağıdılması və aksiyaçıların həbsləri üzrədir.

İkinci məsələ, "Mahmudov və Ağazadə Qrupu"nun işi üzrə AİHM-ın qərarının icrasıdır. Bu işdə söhbət jurnalistlərin böhtan maddəsi ilə mühakimə olunması, habelə onlara qarşı irəli sürülmüş zorakılığın, dini və etnik nifrətin qızışdırılması ittihamlarıyla bağlıdır. 

"Fətullayev işi"ndə, habelə tərəfsiz mühakimə hüququnun pozulmasından şikayət verilmişdi. Bundan başqa bu işdə şikayətçinin  təqsirsizlik prezumpsiyası hüququnun pozulmasına baxılıb.

"Şərti olaraq Məmmədli Qrupu"ndan (keçmiş İlqar Məmmədli qrupu) daha 12 nəfərin işi üzrə məhkəmənin qərarı icra olunmayıb. Burada söhbət 12  vətəndaşın insan haqları müdafiəçisindən gedir. Onlar 2013-2016-cı illər arasında qanunsuz həbs olunmalarından və saxlanmalarından şikayət veriblər.

Avropa Məhkəməsinin qərarında deyilir ki, “Bu şəxslərin susdurulması üçün Cinayət Məcəlləsindən sui-istifadə edilib”. Bu qrupdakı işlərdən biri də (Məmmədli) seçki monitorinqi fəaliyyətinə görə həbs və məhkəməyədək saxlanmayla bağlı şikayətdir. AİHM-in bu iş üzrə qərarında deyilir ki, bu halda da ərizəçilərin ictimai-siyasi fəaliyyətə görə cəzalandırılması baş verib.

Baxılacaq başqa işlər arasında "Muradova", "Məmmədov" (Cəlaloğlu) və "Mikayıl Məmmədov" qrupları üzrə qərarların yerinə yetirilməsi də gündəmdədir. Bu qruplara daxil olan şəxslərin məhkəməyə müraciəti əsasən yaxın qohumlarının ölümlərinin lazımınca araşdırılmamasına və ya Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən pis rəftara dair şikayətlərlə bağlıdır.

Avropa Şurası AİHM qərarlarının icrası departamentinin verdiyi xəbərdə deyilir ki, Nazirlər Komitəsinin bu işlər üzrə yeni qərarları dekabrın 3-də dərc olunacaq.

Sözü gedən işlər barədə Avropa Şurasının rəsmi saytından daha müfəssəl məlumat əldə etmək olar.

Azadmediatv.com




OXŞAR XƏBƏRLƏR