"Helikopterin üzərində təmir işləri də aparılıb" - ELÇİN QULİYEV

Noyabrın 30-da baş verən helikopter qəzası ilə bağlı Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev mətbuat konfransı keçirib.

 Azadmediatv.com-un xəbərinə görə, E.Quliyev bildirib ki,  DSX-nin helikopteri Səngəçal aerodromundan qalxaraq təlim məqsədi ilə "Qaraheybət" təlim meydanına eniş edərkən qəzaya uğrayıb.

E.Quliyev hadisə nəticəsində yaralanan şəxslərin DSX-nin hospitalında müalicə olunduqlarını nə da diqqətə çatdırıb.  Belə ki, onun sözlərinə görə, pilot ən yüksək səviyyədə, ağır şəraitlərdə uçuşlara təlimatlı olan pilotlardan biri olub:"Helikopter demək olar ki, yenidir, qısa müddət  əvvəl üzərində təmir işləri də aparılıb".

Azadmediatv.com

  •  



OXŞAR XƏBƏRLƏR