Elçin Quliyev helikopterin qəzaya uğraması ilə əlaqədar brifinq keçirib

Elçin Quliyev helikopterin qəzaya uğraması ilə əlaqədar brifinq keçirib

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli 20136 bort nömrəli helikopteri təlim məqsədilə Səngəçal aerodromundan saat 10:16-da havaya qalxaraq “Qaraheybət” təlim meydanı istiqamətinə uçuş edib. Helikopter saat 10:36-da təlim meydanında təyin olunmuş meydançaya eniş edərkən qəzaya uğrayıb.

Azadmediarv.com-un xəbərinə görə, bu haqda  Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev helikopterin qəzaya uğraması ilə əlaqədar keçirdiyi brifinqdə məlumat verib.

DSX rəisi  bildirib ki, qəza nəticəsində 14 hərbi qulluqçumuzun həlak olub, 2 hərbi qulluqçumuz isə  yaralanıb: “Həlak olmuş şəhidlərimizin valideynlərinə, yaxınlarına, qohumlarına, əzizlərinə, övladlarına dərin hüznlə başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralıların hər ikisi Dövlət Sərhəd Xidmətinin hərbi hospitalındadırlar. Hər ikisi ilə telefon əlaqəm olub. Səhhətləri normaldır. Onların sağlamlığının bərpası üçün həkimlərimiz tərəfindən zəruri tədbirlər görülməkdədir”.

E.Quliyev hadisə haqqında açıqlamasında dərhal müvafiq göstərişlər verdiyini  deyib: “Mənimlə bərabər, Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli zabitləri hadisə yerinə hərəkət edib. Hadisə yerini Baş Prokurorluğun, Dövlət Təhlükəsizliyi Xidmətinin, Hərbi Prokurorluğun, Daxili İşlər Nazirliyinin rəhbər vəzifəli şəxsləri ilə birlikdə ilkin müayinə etmişik. Müayinə etdikdən sonra tərəfimdən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə məruzə edilib. Möhtərəm cənab Prezident tərəfindən hadisənin təfərrüatlarının daha da dəqiqləşdirilməsi, həlak olan şəhidlərimizin dəfn edilməsi, yaralanan hərbi qulluqçularımızın müalicəsi ilə əlaqədar müvafiq tapşırılar verilib”.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR