"Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzada həlak olan hərbi qulluqçuların siyahısı

Noyabrın 30-da  saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

İlkin məlumata görə, qəzada 14 nəfərin həlak olduğu bildirilir. Rəsmi məlumat yayılmasa da, sosial şəbəkələrdə və qonşu ölkələrin mediasında bu barədə informasiya yer alıb. 

Azadmediatv.com Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçuların siyahısını təqdim edir:

1. Polkovnik Cavadov Fizuli Əli İbram oğlu;

2. Polkovnik Nəzirov Emil Nəzir oğlu;  

3. Mayor Həsənov Elmir Mircəlil oğlu; 

4. Mayor Əhmədov Elbrus Səmrəddin oğlu; 

5. Mayor Mayılov Emil Şahid oğlu; 

6. Mayor Məmmədov Murad Yaşar oğlu; 

7. Mayor Əliyev Emil Elman oğlu; 

8. Tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu; 

9. Kapitan Bayramlı Cavid Əhliman oğlu; 

10. Kapitan Əliyev Xəyyam  Əlixan oğlu; 

11. Kapitan Qaraisayev Teymur  Ənvər oğlu; 

12. Leytenant  Süleymanov Abdulla Telman oğlu; 

13. Baş leytenant Nağıyev Fərid Təyyar oğlu;

14. İşçi Nəbiyev Elçin Fikrət oğlu.

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.

Azadmediatv.com qəza nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralıların tezliklə sağalmasını arzu edir. 

Azadmediatv.com




OXŞAR XƏBƏRLƏR