Yasamal rayonunda

Yasamal rayonunda "Qarabağ Azərbaycandır" Xatirə Kompleksi hazırlanıb

Noyabrın 30-da Yasamal  rayonu İcra Hakimiyətinin təşəbbüsü və  ideyası əsasında I Qarabağ, Aprel döyüşləri və Vətən Müharibələrində şəhid olmuş sakinlərinin əziz xatirəsinə həsr olunan memorial kompleksin təntənəli​ açılışı mərasimi olub.
Azadmediatv.com-un xəbərinə görə, "Qarabağ Azərbaycandır" Xatirə Kompleksinin üzərində 339 şəhidin adı  həkk edilib.  Belə ki,  Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Yasamal rayon sakinlərinin bir çoxu 90-cı illərin əvvələrində, digər qismi isə 2020-ci ilin Vətən Müharibəsində həlak olublar. Statistik məlumata əsasən,  339 şəhidimizin 301 nəfəri I Qarabağ Müharibəsində (onlardan ikisi  mülki vətəndaş olmaqla jurnalist, Milli Qəhrəmanlar Çingiz Mustafaev və Salatın Əsgərova), 1 nəfər 2015-ci il, 4 nəfər 2016-cı ilin Aprel Döyüşlərində, 33 nəfər isə Vətən Müharibəsində həlak olanlardır. Vərən Müharibəsində şəhid olan  28 nəfər Yasamal rayonunda yaşayış qeydiyyatında olan,  5 nəfər isə  digər rayonlarda rəsmi qeydiyyatda olub, Yasamal rayonunda faktiki yaşayanlardır). 

Açılış mərasimində  Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov,  Vitse-spiker Adil Əliyev, millət vəkilləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ali məktəb rəhbərləri, ziyalılar, şəhidi ailələri, qazilər, din xadimləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsiylə öz işinə başlayıb. Daha sonra şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Fəxri qarovulun müşaiyəti ilə xatirə kompleksi önünə əklil və gül çələmgləri qoyulub.

 Yasmal rayon İcra hakimiyyətinin başçısı Elşad Həsənov tədbiri giriş sözüylə açıb, parkın salınması haqqında və vətənpərlik mövzusunda çıxışını davam etdirib.
 E.Həsənov bildirib ki, bu xatirə kompleksi şəhidlərimizin ruhuna bir ehtiramdır: "Şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycanın Vətən müharibəsində zəfəri Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və əzmi, şəhid və qazilərin cəsarəti sayəsində əldə olunub.

Возможно, это изображение (1 человек, стоит, памятник и на открытом воздухе)
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Adil Əliyev, Bakı Dövlət Unversitetinin rektoru Elçin Babayev, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nümayəndəsi Hacı Şahin Azərbaycan Ordusunun tarixi zəfərindən söz açıblar. Mərasimdə çıxış edən şəhid ailələri dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.Tədbirdə çıxış edən natiqlər şəhidlərin hər zaman Azərbaycan xalqının milli yaddaşında yaşayacağını ürid ediblər.
Qeyd edilib ki, layihəyə uyğun olaraq ərazidə abadlıq, quruculuq və yenidənqurma işləri də aparılıb, əraziyə xüsusi daşlar döşənilib, işıqlandırma sistemi təzələnib, mövcud yaşıllıqlar bərpa edilib, ağaclar və mövsümi gül-çiçəklər əkilib, yeni oturacaqlar quraşdırılıb. Xatirə kompleksində qoşa bulaq da  inşa edilib.
Mərasimdə çıxış edən şəhid ailələri dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Tədbir şəhid övladlarının bədii kompozisiyası ilə başa çatıb.

Возможно, это изображение (1 человек, стоит, памятник и на открытом воздухе)Возможно, это изображение (3 человека, на открытом воздухе и памятник)
Возможно, это изображение (11 человек, люди стоят, на открытом воздухе и памятник)Возможно, это изображение (11 человек, люди стоят и на открытом воздухе)Возможно, это изображение (10 человек, люди стоят и на открытом воздухе)Возможно, это изображение (12 человек, люди стоят и на открытом воздухе)Возможно, это изображение (10 человек, люди стоят, цветок и на открытом воздухе)Возможно, это изображение (9 человек, люди стоят, военная форма и на открытом воздухе)Возможно, это изображение (8 человек, люди стоят и на открытом воздухе)Возможно, это изображение (4 человека и люди стоят)

Azadmediatv.com