"Saxlanılan şəxslərin hərəkətinə hüquqi qiymət verilməsi üçün müvafiq araşdırmalar aparılır" - RƏSMİ

Daxili İşlər Nazirliyi dekabrın 1-i saat 14:30-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Təşkilatı, Qadınlar Şurası və təəssübkeşlərinin Bakının Fəvvarələr Meydanında "Saleh Rüstəmliyə azadlıq" şüarıyla  keçirdiyi icazəsiz etiraz aksiyasıyla bağlı məlumat yayıb.

Azadmediatv.com məlumatı olduğu kimi təqdim edir:

"Bu gün – dekabrın 1-də saat 15 radələrində bir qrup şəxs Səbail rayonu ərazisindəki Fəvvarələr Meydanında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərmişdir.

Cəhdin qarşısı polis əməkdaşları tərəfindən qətiyyətlə alınmışdır.

Qanunsuz aksiyanın təşkilatçıları, eləcə də polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edən bir neçə nəfər saxlanılıb, digərləri isə ərazidən uzaqlaşdırılıblar. Saxlanılan şəxslərin hərəkətinə hüquqi qiymət verilməsi üçün müvafiq araşdırmalar aparılır".

".

Azadmediatv.com

Qanunsuz aksiyanın təşkilatçıları, eləcə də polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edən bir neçə nəfər saxlanılıb, digərləri isə ərazidən uzaqlaşdırılıblar.

Saxlanılan şəxslərin hərəkətinə hüquqi qiymət verilməsi üçün müvafiq araşdırmalar aparılır.




OXŞAR XƏBƏRLƏR