Azərbaycan Ermənistanın bütün təxribatlarının qarşısını alacaq və cavabını verəcək - HİKMƏT HACIYEV

Azərbaycan Ermənistanın bütün təxribatlarının qarşısını alacaq və cavabını verəcək - HİKMƏT HACIYEV

"Azərbaycan Ermənistan ilə sərhədlərin delimitasiya və demarkasiyası prosesinə başlamağa hazırdır".

Azadmediatv.com-un xəbərinə görə, bu haqda  Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya - "Stratcom 21" Sammitindən sonra “Haber Global”a müsahibəsində bildirib.

"Rusiya bu prosesdə məşvərətçi qismində çıxış etmək istəyini ifadə edib. Amma prosesin baş tutması və uğurlu alınması üçün Ermənistanın ciddi şəkildə düşünməsi və müsbət addımlar atmasına ehtiyac var", - H.Hacıyev bildirib.

H.Hacıyev  qeyd edib ki, insanların böyük sevinclə,  etimadlı şəkildə doğma torpaqlarına qayıtması və orada yaşaması Qarabağın savaş səhifəsinin qapanması üçün vacibdir:

"Təəssüf ki, bu gün də minalardan nə qədər insan ölür. Bu da Ermənistanın Azərbaycana qarşı vandalizminin, savaş siyasətinin davamı kimi qiymətləndirilə bilər. Minalar qəsdən basdırılıb və məqsəd günahsız insanların ölümünə səbəb olmaq, eləcə də öz evlərinə geri dönməsinə mane olmaqdır".

"Nə zaman ki müsbət dinamika baş verir, onlar hərbi və ya siyasi təxribat törədərək bunun qarşısını almağa çalışırlar. Azərbaycan Ermənistanın bütün bu təxribatlarının qarşısını alacaq və cavabını verəcək", - H.Hacıyev deyib.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR