AXCP-çilər aksiya keçirməyə cəhd ediblər

AXCP-çilər aksiya keçirməyə cəhd ediblər

Bakıda Saleh Rüstəmova azadlıq tələbi ilə aksiya keçirilib

Dekabrın 11-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri Bakıda, metronun "28 May" stansiyası yaxınlığında etiraz aksiyası keçirməyə cəhd göstəriblər.

Azadmediatv.com-un xəbərinə görə, AXCP-çilər  hazırda həbsxanada aclıq aksiyası keçirən partiya üzvü Saleh Rüstəmovun azad olunmasını tələb ediblər.

Lakin etirazçılar aksiyaya başlamamış  polis tərəfindən qarşısı alınıb. Belə ki, bir neçə aksiya iştirakçısı və həmin vaxt aksiyanı müşahdə edən hüquq müdafiəçiləri Zəfər Əhmədli və Zaur Əkbər də saxlanılıblar.

Zəfər Əhmədlinin oğlu Fuad Əhmədlinin verdiyi açıqlamaya görə,  saxlanılan hüquq müdafiəçiləri ərazidən uzaqlaşdırıldıqdan sonra sərbəst buraxılıblar. Onun dediyinə görə, aksiyada saxlanılarkən atası qolundan xəsarət alıb.

"Dekabrın 11-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarının "Saleh Rüstəmova azadlıq" tələbi ilə Bakıda keçirdiyi aksiyada saxlananların  əksəriyyəri sərbəst buraxılıb". AXCP-nin yaydığı  məlumata görə,  saxlananlardan Elvin Əliyev və Mahir Babayevdən hələki heç bir xəbər yoxdur.

Azadmediatv.com




OXŞAR XƏBƏRLƏR