Hikmət Mirzəyevin  evindən oğurluq edilməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir - ELŞAD HACIYEV

Hikmət Mirzəyevin evindən oğurluq edilməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir - ELŞAD HACIYEV

Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyevin Abşeron rayonunda yerləşən evindən oğurluq edilməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir.

Azadmediatv.com-un xəbərinə görə, bu haqda DİN -nin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev sosial şəbəkədəki hesabında yazıb: "Sosial şəbəkələrdə Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyevin Abşeron rayonunda yerləşən evindən oğurluq edilməsi ilə bağlı iddialar yayılıb. Abşeron Rayon Polis İdarəsinə bununla bağlı hər hansı məlumat, müraciət daxil olmayıb. İddialar əsassızdır, həqiqəti əks etdirmir".

Xatırladaq ki, bu gün  sosial şəbəkələrdə Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyevin Abşeron rayonunda yerləşən evindən oğurluq edilməsi ilə bağlı iddialar yayılıb.  İddialarda bildirilir ki, H.Mirzəyevin Saray qəsəbəsində yerləşən, lakin az istifadı etdiyi evindən oğurluq hadisəsi baş verib.

Azadmediatv.com




OXŞAR XƏBƏRLƏR