Səbinə Əliyeva Türkdilli Ölkələrin Ombudsmanlar Birliyinin yaradılması ilə bağlı növbəti iclasında iştirak edib

Səbinə Əliyeva Türkdilli Ölkələrin Ombudsmanlar Birliyinin yaradılması ilə bağlı növbəti iclasında iştirak edib

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkdilli Ölkələrin Ombudsmanlar Birliyinin yaradılması məqsədilə keçirilmiş növbəti onlayn iclasda iştirak edib.

Azadmediatv.com-a Ombudsman Aparatının mətbuat xidmətindən  verilən məlumata görə, S.Əliyeva Türkiyə Baş Ombudsmanı, Qazaxıstan, Özbəkistan ombudsmanları və milli insan hüquqları institutlarının nümayəndələrinin iştirak etdiyi iclasda çıxış edərək, Türk Dövlətləri Təşkilatının cari ilin noyabr ayının 12-də keçirilən 8-ci zirvə görüşünün əhəmiyyəti barədə danışıb. Həmin görüşün təşkilata üzv ölkələr arasında əməkdaşlığın daha da güclənərək yeni bir mərhələyə keçməsi baxımından önəmli olduğu vurğulanıb.

S.Əliyeva sözügedən zirvə görüşünün türkdilli dövlətlər arasında bütün istiqamətlər üzrə, o cümlədən insan hüquqları sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə təkan verdiyini qeyd edib. Bu baxımdan Türkdilli Ölkələrin Ombudsmanlar Birliyinin əsasnaməsinin qəbulu prosesinin sürətləndirilməsinin əhəmiyyətini vurğulayan ombudsman S.Əliyeva həmin əsasnamə ilə bağlı bir sıra təkliflər irəli sürüb.

Qeyd edək ki, Azərbaycan  Respublikasının Ombudsmanı Türkdilli Ölkələrin Ombudsmanlar Birliyinin yaradılması istiqamətində aktiv fəaliyyət həyata keçirib və hazırda da bu fəaliyyəti davam etdirməkdədir.

İclas iştirakçılar arasında müzakirə ilə davam etdirilib.

Azadmediayv.com





OXŞAR XƏBƏRLƏR