Yeganə Paşayevanın Göygöl rayon Polis Şöbəsinin əməkdaşları barədə səsləndirdiyi fikirlər həqiqətə uyğun deyil - EŞQİN QASIMOV

Yeganə Paşayevanın Göygöl rayon Polis Şöbəsinin əməkdaşları barədə səsləndirdiyi fikirlər həqiqətə uyğun deyil - EŞQİN QASIMOV

 DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Kəlbəcər rayonu Zallar kənd sakini Yeganə Paşayevanın Azad Media TV kanalında  həyat yoldaşı Vüqar Paşayevin həbsiylə bağlı verdiyi açıqlamaya münasibət bildirib.
Azadmediatv.com  xəbər verir ki, E.Qasımov bildirib ki, vətəndaş Yeganə Paşayevanın Göygöl rayon Polis Şöbəsinin əməkdaşları barədə səsləndirdiyi fikirlər həqiqətə uyğun deyil:
"Məlumat üçün qeyd edim ki, DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Göygöl rayon Aşıqlı kəndi ərazisində yerləşən "Üçdaşlar" adlı istirahət mərkəzində gözətçi işləyən Vüqar Paşayev əxlaqsızlıqla məşğul olmaq üçün fahişəliklə məşğul olan İ. Məmmədova və sonucu ilə pul müqabilində cinsi əlaqədə olmaq üçün gəlmiş A. Şəmilova 60 manat pul müqabilində  həmin istirahət mərkəzindəki otaqlardan birini icarəyə verməsi məlum olub. Onun barəsində Cinayət Məcəlləsinin 244.1-ci (Əxlaqsızlıq yuvaları saxlama) maddəsi ilə cinayət işi başlanılaraq Göygöl rayon Polis Şöbəsinə göndərilib. İstintaq zamanı V. Paşayev dəfələrlə Göygöl RPŞ-yə dəvət olunan zaman şöbəyə gəlməyərək istintaqdan yayındığna görə onun barəsində axtarış elan olunub və saxlanılaraq istintaqa təhvil verilib. Məhkəmənin qərarı ilə V. Paşayev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 
Saxlanılan şəxsin vəkilinin məhkəməyə buraxılmaması iddiası da həqiqəti əks etdirmir. Belə ki, məhkəmə prosesində Y. Paşayevanın qeyd elədiyi vəkil şəxsən iştirak edib və bu Məhkəmənin qərarında da öz əksini tapıb"
.

Y.Paşayevanın çıxışı bu linkdə:

https://www.youtube.com/watch?v=RYozbZkffpM&t=17s
Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR