Bakıda "Türk Dünyası İnteqrasiya Prosesi: Doğu Türküstandan Güney Azərbaycana" mövzusunda konfrans keçiriləcək
Sentyabrın 27-də Bakıda "Türk Dünyası İnteqrasiya Prosesi: Doğu Türküstandan Güney Azərbaycana" mövzusunda konfrans keçiriləcək.
Azadmediatv.com xəbər verir ki, konfransda Doğu Türküstandan Enver Yusif Turani, Almaniyadan Qacar şahzadesi Babek Qacar Qovanlı, Türkiyədən İstanbul Univürsitetindən prof. Ömər Kul, əsas çıxışçılar olacaqlar.
Konfransda "Doğu Türküstan problemi" və "Güney Azərbaycan problemi" müzakirə obyekti olacaq.
Konfransda Azərbaycanın tanınmış ziyalıları, ictimai siyasi fəalları, siyasi xadimləri, millət vəkilləri, media təmsilçilri iştirak edəcəkdir.
Onların arasında Qafar Çaxmaqlı (İTC prezidenti), Sabir Rüstəmxanlı (Mİllət vəkili), Ramiz Əsgər, Firudun Cəlilov, İsfəndiyar Vahabzadə, M.Çöhrəqanlı (ABŞ), Əli İnsanov (Haqq Ədalət Partiyası), Sülhəddin Əkbər (Azad Demokrat Partiyası), İsa Qəmbər ( Milli Strateji Düşüncə Mərkəzi), Əli Kərimli ( Azərbaycan Xalq Cəbhəsi Partiyası), Fazil Mustafa (Böyük Quruluş Partiyası), Etibar Məmmədov (Azərbaycan Milli İstiqlal Partiyası). Hikmət Babaoğlu (Yeni Azərbaycan Partiyası), Qubad İbadoğlu (Demokratiya və Rifah Partiyası, Amerika), Aqil Səmədbəyli ( Bütöv Azərbaycan Birliyi, Türkiyə), Sərdar Cəlaloğlu (Azərbaycan Demokrat Partiyası), İlyas İsmayılov (Ədalət Partiyası), Arif Hacılı (Müsavat Partiyası), Cəmil Həsənli (Milli Şura sədri. İngiltərə), Qüdrət Həsənquliyev (Bütöva Azərbaycan Partiyası), İqbal Ağazadə (Ümid Partiyası), Arif Kəskin (Türkiyə), Eldar Namazov (Azərbaycan Naminə İctimai Mərkəz), Paşa Həsənli (İrəvan Türk Cümhuriyyəti Dövlət Şurası Sədri), Qələndər Muxtarlı (Millətçi Blokun təmsilçisi, Azərbaycan Milliyyətçi Bozqurd Partiyası), Nəsib Nəsibli, Əli Şamil Seyfəddin Altaylı və digər tanınmış siyasət və elm adamları var.
Gülnaz Qənbərli
Azadmediatv.com