Prezident İlham Əliyevdən Zakir Fərəcovla bağlı sərəncam
Prezident İlham Əliyev Zakir Fərəcovu təltif edib.
Azadmediatv.com xəbər verir ki, dövlət başçısı bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Zakir Fərəc oğlu Fərəcov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Fərəcov Zakir Fərəc oğlu 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olub. O, 1961-1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil alıb. Əmək fəaliyyətinə 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlayıb. 1972-ci ilin noyabr ayından 1974-cü ilin noyabr ayınadək Murmansk vilayətinin Severomorsk şəhərində keçmiş Sovet Ordusunda həqiqi hərbi xitmətdə olub.
O daha sonra 1975-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrufatı İnstitutunun "Sənaye İqtisadiyyatı" fakültəsinin axşam şöbəsinə daxil olub, 1980-cı ildə həmin institutu bitirib.
1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal İstehsalat birliyinə baş direktor təyin olunub.
Z.Fərəcov1999-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak edib və Sumqayıt şəhər bələdiyyəsinin sədri seçilib.
Prezident İlham Əliyevin sərəncamı ilə 2005-2015-ci illərdə isə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli 2625 saylı Sərəncamına əsasən "Şöhrət" ordeni ilə təltif olunub.
Ölkə başçısının imzaladığı sərəncamla o, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.
Ailəlidir, 4 qızı, 1 oğlu, 5 nəvəsi var.
Gülnaz Qənbərli
Azadmediatv.com