Netanyahu etiraf etdi: “İranın elm adamlarını məhv etmişik”

Netanyahu etiraf etdi: “İranın elm adamlarını məhv etmişik”


İsrailin Baş naziri Benyamin Netanyahu çağırış edib.

Azadmediatv.com xəbər verir ki, Netanyahu vətəndaşlara uzun müddət sığınacaqlarda yaşamaları üçün tövsiyyələr verib:

“Vətəndaşlar sığınacaqlarda əvvəlki təcrübələrindən daha uzun müddət qalmalı və ərzaq ehtiyatı toplamalıdır. 

İranın yüksək səviyyəli komandirlərini, nüvə obyektlərini və elm adamlarını məhv etmişik. Mən bilirəm və siz də bilirsiniz, azad müharibə yoxdur”.

Qeyd edək ki, İsrailin İrana endirdiyi zərbələr nəticəsində ağır yaralanan ölkənin Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şəmxani ölüb.

Xatırladaq ki, İsrail ordusu bu gecə İranın bir neçə əyalətinə və paytaxt Tehrana hava zərbələri endirib. Nəticədə ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri, eləcə də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Hüseyin Salami həlak olub.

Gülnaz Qənbərli

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR