Bu çay sayəsində kilolarınızdan və bir çox xəstəliklərdən qurtulacaqsınız - DƏVƏ GÖZÜ

Bu çay sayəsində kilolarınızdan və bir çox xəstəliklərdən qurtulacaqsınız - DƏVƏ GÖZÜ

Dəvə gözü (Aclıq otu)

Azərbaycanda  xanımlar və köklüyə meyilli insanlar ən çox kiloları Novruz bayramında alırlar. Möhtəşəm bayram şirniyyatları, eləcə də  "malım xarab olunca, qarnım xarab olsun" deyənlər bayramdan qalan yağlı və kalorili yeməkləri bir neçə gün həzm-rabedən keçirər, lakin aktiv hərəkət etməzlər. Sonra isə panik içərisində bu çəkilərdən azad olmaq üçün hər kəsdən məslləhət istəyərlər.

Azadmediatv.com həm yeyib, həm də çəki almamaq üçün sizə yardımçı olacaq. Belə ki, axşamlar bir fincan dəmləyib içəcəyiniz bu təbii çay sayəsində həm kilolarınızdan, həm də bir çox xəstəliklərdən qurtulacaqsınız. Onun adı dəvə gözü olsa da, aclıq otu adı altında məhurdur.

Aclıq otu nədir? 

Bu ot, bağırsaqları işlədərək, effektli şəkildə arıqladır!

Aclıq odu bitkisi bağırsaqları işlədərək, arıqlamağa kömək edir. Onun sayəsində arıqlamaq  istəyənlər ən uğurlu nəticələri əldə ediblər. Şəfalı bitkilər, daim ən təsirli və sağlam nəticələr verir. Bu bitkilərdən biri də aclıq otudur, digər adı dəvəgözü və ya aşrık otu bitkisidir. Mənşəyi Afrika olan bu bitki bağırsaq işlədici xüsusiyyəti sayəsində tez-tez tualetə çıxararaq zəifləməyə köməkçi olur. 

Dəvəgözü bitkisinin faydaları

Aclıq otu bədəndə olan yağları yandırır və yağ əmələ gəlməsinin qarşısını alır.
Acımaq hissini gecikdirərək, arıqlamağı tezləşdirir.
Mədə xəstəliklərinə qarşı şəfalıdır.
Aclıq otunun metabolizmanı sürətləndirici təsiri vardır. Bu xüsusiyyəti də qəbizlik probleminə yaxşı təsir edir.
Xüsusilə yüksək təzyiqi olan xəstələr üçün tövsiyə edilir. Təzyiq tənzimləyicidir.
Bağırsaq pozuntularına qarşı önləyici və qoruyucu bir bitkidir.
Böyrək qumu problemi olanlar üçün məsləhətdir. Böyrək qumunu tökmə xüsusiyyətinə malikdir.

İstifadəsi

Aclıq otunun olduqca asan hazırlanan iki cür istifadə üsulu var.

Hazırlanması

10 yarpaq aclıq otu
1 stəkan su

Çayı axşam yatmazdan əvvəl dəmləyib qəbul etmək lazımdır. Belə ki, 10 yarpaq aclıq otunu bir stəkan su ilə bir çaynikdə 1-2 dəqiqə qaynadaq, sonra içək.

İkinci üsulda isə 1 stəkan qaynar suyun içərisinə 10 yarpaq aclıq odu qoyulur və 5 dəqiqə dəmləndikdən sonra qəbul edilir.

Dəvəgözü. Aclıqotu

Yan təsirləri

Balanslı və sağlam şəkildə istehlak edilərsə, Dəvəgözü otunun heç bir yan təsiri yoxdur. Ancaq həddindən artıq və nizamsız istifadə ilə qan təzyiqində bəzi vəziyyətlər yarada bilər. Eyni zamanda, həddindən artıq istehlak ilə mədə və həzm kimi hissələrdə problem yarada bilər. Əksinə, balanslaşdırılmış şəkildə istifadə edildikdə həm həzmə kömək edir, həm də arıqlamaq üçün sağlam bir fürsət yaradır.

Dəvəgözü bitkisi haqqında ümumi məliumatlar:

Aclıq otu bədənin yağ yandırmasına kömək edir.
Aclıq otu təbii bir laksatif təsir göstərir və qəbizlik probleminin həllidir.
Verdiyi doyma hissi sayəsində dəvəgözü bitkisi cox yeməyi onləyir
Dəvəgözü orta dərəcədə istehlak edildikdə, həzm və ifrazat sistemlərinə müsbət təsir göstərir.
Dəvəgözü həzmi yaxşılaşdırır və qaz problemini həll edir
Dəvəgözü maddələr mübadiləsinə sürətləndirici təsir göstərə bilər və bununla da arıqlama proseslərinə kömək edir.
Dəvəgözü bağırsaq florasını bərpa etmək üçün bədəni dəstəkləyir.
Aclıq otu qan təziqinə tənzimləyici təsir göstərir.

Hər hansı bir məhsulu istifadə etməzdən önce həkiminizlə məsləhətləşməyinizi tövsiyə edirik.
Hər birinizə daimi sağlam ömür və xoşbəxt yaşam arzu edirik .

acliq otu agaci

acliq otu agaci

Gülnaz Qənbərli

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR