Covidlə bağlı son statistika açıqlanıb

Covidlə bağlı son statistika açıqlanıb

Coronavirusla bağlı son statistika aşıqlanıb. Azadmediatv.com-un xəbərinə görə, dünyada 171 033 299 nəfərdə koronavirus aşkarlanıb.

Belə ki, sözügedən virusdan 3 556 724 xəstə ölüb, 153 137 277 nəfər sağalıb. Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (34 043 068 nəfər), Hindistan (28 047 534 nəfər), Braziliya (16 515 120 nəfər), Fransa (5 666 113 nəfər) və Türkiyədir (5 242 911 nəfər).

İranda 2 902 094, Gürcüstanda 343 603, Ermənistanda isə 222 636 nəfərdə koronavirus aşkar edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiya (121 162 nəfər), İran (79 939 nəfər) və Türkiyədə (47 405 nəfər) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 333 864 nəfərin 4 907-si ölüb, 324 103 xəstə sağalıb.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR