Arıqlamaq istəyirsən? - RESEPT

Arıqlamaq istəyirsən? - RESEPT

Artıq  çəkidən necə qurtulmalı? Kilolu xanımlarımızın hər dəfə güzgü qarşısına keçərkən özlərinə verdikləri bu sualın cavabını sizlərə Azadmediatv.com olaraq biz verəcəyik. Komplekslərdən canınızı qurtarmağın xilas yolu ağzınızı tikmək deyil, yeyərək artıq çəkilərə əlvida deməkdir.
Kilolu tanışlarım mənə tez-tez bu sualla müraciət edirlər: "Artıq çəkini necə atdın?". Cavabım belə olur: "Öncə iradə, daha sonra idman və ən başlıcası düzgün qidalanma".
Doğrudur, iş şəraitimlə əlaqədar mən də rejimini pozanlar arasındayam. Amma özümə "dur" deməyi də bacarıram. Necə?
Bax belə...
 Sınaqdan çıaxardığımız və sürətlə çəki ata biləcəyiniz bir salat reseptini  təqdim edirik.
Tərkibi:

1. Kələm

2. Xiyar

3. Göy alma

4. Cəfəri, şüyüd, nanə

5. Qatıq

6. File və ya yağsız dana əti
Tərəvəzləri yaxşıca yuyub incə doğrayın.  File və ya dana ətini qaynadıb sap şəklinə salın, bütün bunların üzərinə bolluca qatıq əlavə edin.
 Gün ərzində yeyin, toxluq hissi yaradacaq, iştahanız qaçacaq.  Günorta saatlarınadək mövsümi meyvələrdən də yeyin, bol su için.
Siz də mənim kimi həftəyə 8 kq atacaqsınız.


Gülnaz Qənbərli
Azadmediatv.com

 





OXŞAR XƏBƏRLƏR