Bakıda bu xəstəxanalar birləşdirilib

Bakıda bu xəstəxanalar birləşdirilib

Bakıda bir sıra tibb müəssisələri birləşdirilib.

Azadmediatv.com-un xəbərinə görə, bunda məqsəd həmin xəstəxanaların yenidən təşkil olunmasıdır.

Belə ki, "Bakı Baş Səhiyyə Mərkəzi" Publik Hüquqi Şəxs "21 nömrəli Birləşmiş Şəhər Xəstəxanası" Publik Hüquqi Şəxs, "31 nömrəli Birləşmiş Şəhər Xəstəxanası" Publik Hüquqi Şəxs, "Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası" Publik Hüquqi Şəxs, Yazıçılar poliklinikası, habelə 9 nömrəli Birləşmiş Şəhər Xəstəxanası hüquqi şəxslərin ona qoşulması ilə yenidən təşkil edilib.

Qeyd edək ki, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi də Xüsusiləşdirilmiş Angioloji Mərkəzin ona qoşulması ilə yenidən təşkil olunub. Eyni zamanda K.Y.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutu Uşaq Nevroloji Xəstəxanası və 6 nömrəli Uşaq Klinik Xəstəxanasının ona qoşulması ilə yenidən təşkil edilib.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR