İki və daha çox şəxsin ölümü ilə nəticələnmiş 22 hadisə isti izlərlə açılıb 

İki və daha çox şəxsin ölümü ilə nəticələnmiş 22 hadisə isti izlərlə açılıb 

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorlarının iştirakı ilə hesabat dövründə birinci instansiya məhkəmələrində 8159 şəxs barəsində 7123, apelyasiya instansiyası məhkəmələrində 2651 şəxs barəsində 2269, kassasiya instansiyası məhkəməsində 1082 şəxs barəsində 964 (bütün instansiya məhkəmələri üzrə cəmi 11892 şəxs barəsində 10356 iş olmaqla) cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilib.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən kollegiya iclasında bildirilib.

Bildirilib ki, ötən yarımildə “8 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının icrası ilə əlaqədar ümumilikdə 4873 şəxs barəsində amnistiya tətbiq edilib: Bildirilib ki, hesabat dövründə tabe rayon (şəhər) prokurorluqlarının fəaliyyətində də qənaətbəxş nəticələr əldə olunub, 2021-ci ilin birinci yarımili ilə müqayisədə adam öldürmə cinayətləri 13 vahid artaraq qeydə alınmış 90 cinayətdən 89-nun, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş, əksəriyyəti xüsusilə ağır cinayətlər olan, iki və daha çox şəxsin ölümü ilə nəticələnmiş 22 hadisənin isti izlərlə açılması təmin olunaraq, həmin cinayətlərin açılması 98,89% (2021-ci ilin birinci yarımilində 98,57 %) təşkil edib.

Bundan əlavə, hesabat dövründə aparılmış araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha təkrar törədilməməsi, həmçinin cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması məqsədilə aidiyyəti müəssisə və təşkilatların rəhbərlərinə 115 təqdimat verilib.

Həmin təqdimatlar üzrə 11 şəxs vəzifədən azad olunub və ya müvəqqəti olaraq vəzifəsinin icrasından kənarlaşdırılıb, 4 halda xəbərdarlıq olunub, 24 işçiyə töhmət və ya şiddətli töhmət verilib, digər hallarda isə təqdimat əmək kollektivinin iştirakı ilə geniş müzakirə olunaraq təqdimatda göstərilmiş qanun pozuntularının aradan qaldırılması, qanunvericiliyin tələblərinə ciddi əməl olunması, gələcəkdə bu kimi hallara yol verilməməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsi barədə müvafiq əməkdaşlara göstəriş verilib.


OXŞAR XƏBƏRLƏR