"AccessBank" maliyyə göstəricilərini açıqlayıb - HESABAT
- 05-10-2022 18:30
- 391
"AccessBank" ASC 2022-ci ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
"APA-Economics" xəbər verir ki, ikinci rübün sonuna bankın aktivləri 1 milyard manata çatıb. Həmin dövrdə bankın xalis kredit portfeli 674.2 milyon təşkil edib. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üzrə ehtiyatlar nəzərə alınmadan, Bankın portfeli 712.5 milyon manat təşkil edib. İkinci rüb ərzində Bankın balansındakı xalis kredit portfelinin payı 64.0%-dən 67%-dək artıb.
Bundan başqa, 2022-ci ilin ikinci rübü ərzində "AccessBank" 205.2 milyon manat məbləğində kredit verib. Kredit portfelinin artımı ilin ilk rübü ilə müqayisədə 45.6 milyon təşkil edib. Bank tərəfindən verilən aylıq kreditlərin 50%-dən çoxu bölgə filiallarının payına düşüb və bütün mikrokreditlərin təxminən 40%-i kənd təsərrüfatı sektoruna verilib.
Bankın depozit portfeli son yarım ildə 13% artıb və 779.6 milyon manat təşkil edib. Habelə, ilk yarımillik dövr ərzində bankın xalis faiz gəlirləri 37.2 milyon manata bərabər olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48% artım deməkdir.
Bankın 2022-ci ilin iki rübü ərzində əməliyyat mənfəəti 7.0 milyon manat olub. Halbuki ötən ilin eyni dövründə bu göstərici -1.4 milyon manat təşkil edirdi. 2022-ci ilin ikinci rübündə bankın xalis mənfəəti 1, 037.0 min manat, yarımillik üzrə 1,839.75 min manat təşkil edib. Ötən ilin birinci yarısında isə bank 2,024 min manat xalis zərər açıqlamışdı.
Hazırda Bankın cəmi məcmu kapitalı 83.7 milyon manat təşkil edir ki, bu da minimum məcmu kapital normasından (50 milyon manat) 33.7 milyon manat çoxdur.
İyun ayının sonuna bankın ani likvidlik əmsalı 75.3% təşkil edib. Bu isə normadan (30%) təxminən 2.5 dəfə yüksəkdir.
- "Azəraqrartikinti" səhmdarlarına dividend ödəyəcək
- “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”nın qalibləri mükafatlandırılıb - FOTO
- 4-cü “Rəqəmsal Jurnalistikaya doğru” proqramına start verilib
OXŞAR XƏBƏRLƏR
Mikayıl Cabbarov BƏƏ səfiri ilə görüşüb
- 05-10-2022 22:30
UNEC rektoru xaricdə təhsil alan doktorantlarla görüşüb
- 05-10-2022 21:30
Bərpa olunan enerji mənbələri ilə bağlı Komissiyanın tərkibi dəyişib
- 05-10-2022 20:30
Penitensiar Xidmətin 91 əməkdaşı işdən çıxarılıb
- 05-10-2022 20:00
Məhkumların törətdiyi ehtimal olunan 435 cinayətin qarşısı alınıb
- 05-10-2022 19:30
Çavuşoğlu Quterreşlə görüşüb
- 05-10-2022 18:00
Qaydaları pozan 12 nəfərin imtahan nəticəsi ləğv edilib
- 05-10-2022 16:30
“Bank BTB”nin xalis zərəri 5 milyon manatı ötüb
- 05-10-2022 16:00
II və III qruplar üzrə qəbul imtahanının nəticələri açıqlanıb
- 05-10-2022 15:30
Bu il ölkədə qeydə alınan cinayətlərin sayı açıqlanıb
- 05-10-2022 15:00
Şuşada ənənəvi medianın problemləri ilə bağlı panel keçirilib - FOTO
- 05-10-2022 13:30
"Azəriqaz"ın baş direktoru media nümayəndələrilə görüşüb
- 05-10-2022 12:00
ABB-nin dəstəyilə “Gənc Fermer” oyununa start verilib
- 05-10-2022 11:30
800 minə yaxın şəxs müavinət və təqaüdlə təmin edilib
- 05-10-2022 10:30
Ərdoğan: Bir azdan taxıl daşınması ilə bağlı dünyaya müjdə verəcəyik
- 05-10-2022 09:30
Neft Fondunun 2022-ci ildə proqnozlaşdırılan gəlirləri artırılır
- 05-10-2022 09:00
Cəlilabadda iki nəfərin qətli ilə bağlı cinayət işi açılıb
- 05-10-2022 08:30
Ukrayna nümayəndə heyəti İstanbula gəlib
- 05-10-2022 08:00
Nazim Süleymanovun Rusiyada qazandığı kubok itib
- 05-10-2022 07:30
Rəqabət Məcəlləsi 2023-cü ildə qəbul ediləcək
- 05-10-2022 07:00
BŞİH: Binəqədi rayonunda birgə monitorinqlər aparılıb
- 05-10-2022 05:00
Altı ayda 35 mindən çox şəxsə əlillik təyin edilib
- 05-10-2022 04:30
2026-cı ilədək tikiləcək əsas daxili və transsərhəd yollar açıqlanıb
- 05-10-2022 04:00