Akar atəşkəs elan edilməsinin vacibliyini bir daha Şoyqunun diqqətinə çatdırıb
Türkiyənin milli müdafiə naziri Hulusi Akar İstanbulda Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə görüşüb.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Görüş zamanı təhlükəsizlik məsələləri barəsində fikir mübadiləsi aparılıb.
Nazir Akar Ukraynada təcili atəşkəsin elan edilməsinin vacibliyini bir daha Şoyqunun diqqətinə çatdırıb.
Şoyqu isə öz növbəsində taxılın təhlükəsiz daşınması işinə verdiyi töhfəyə görə Türkiyəyə təşəkkür edib.