Mikayıl Cabbarov BƏƏ səfiri ilə görüşüb
- 05-10-2022 22:30
- 459
İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi ilə görüşüb.
"APA-Economics" xəbər verir ki, nazir qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələrinin yüksək səviyyədə olduğunu, iqtisadi sahədə uğurlu əməkdaşlığı vurğulayıb, ölkəmizdəki fəaliyyətində səfirə uğurlar arzulayıb. Diqqətə çatdırılıb ki, Ticarət, qarşılıqlı investisiya qoyuluşu, KOB-ların dəstəklənməsi, logistika, turizm və s. sahələrdə əməkdaşlıq genişlənir. İqtisadi-ticarət tərəfdaşlığının inkişafında Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya, Azərbaycanın BƏƏ-də ticarət nümayəndəliyi və Dubayda Azərbaycan Ticarət Evi kimi platformaların əhəmiyyətli rolu var. İqtisadiyyat naziri işğaldan azad edilmiş ərazilərimizdə BƏƏ şirkətlərinin iştirakının təşviqi, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiqi ilə həyata keçirilən layihələr, sənaye, rəqəmsallaşma, 4-cü Sənaye İnqilabı və digər istiqamətlər üzrə tərəfdaşlıq üçün geniş imkanlar olduğunu bildirib, bu baxımdan biznes dairələrinin fəal əməkdaşlığının əhəmiyyətini qeyd edib.
BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, BƏƏ şirkətlərinin azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştiraka marağını vurğulayıb, əməkdaşlığın genişləndirilməsi üçün səy göstərəcəyini bildirib.
Görüşdə iki ölkə arasında iqtisadi-ticarət sahəsində tərəfdaşlığın inkişaf istiqamətləri müzakirə olunub.
- Brayl əlifbasını öyrənməsi üçün cihazların kütləvi istehsalına başlanılacaq
- Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafına dair Strategiya hazırlanır
- Sahibkarlara 69,4 mln. manat faiz subsidiyası veriləcək

OXŞAR XƏBƏRLƏR
UNEC rektoru xaricdə təhsil alan doktorantlarla görüşüb
- 05-10-2022 21:30
Bərpa olunan enerji mənbələri ilə bağlı Komissiyanın tərkibi dəyişib
- 05-10-2022 20:30
Penitensiar Xidmətin 91 əməkdaşı işdən çıxarılıb
- 05-10-2022 20:00
Məhkumların törətdiyi ehtimal olunan 435 cinayətin qarşısı alınıb
- 05-10-2022 19:30
"AccessBank" maliyyə göstəricilərini açıqlayıb - HESABAT
- 05-10-2022 18:30
Çavuşoğlu Quterreşlə görüşüb
- 05-10-2022 18:00
Qaydaları pozan 12 nəfərin imtahan nəticəsi ləğv edilib
- 05-10-2022 16:30
“Bank BTB”nin xalis zərəri 5 milyon manatı ötüb
- 05-10-2022 16:00
II və III qruplar üzrə qəbul imtahanının nəticələri açıqlanıb
- 05-10-2022 15:30
Bu il ölkədə qeydə alınan cinayətlərin sayı açıqlanıb
- 05-10-2022 15:00
Şuşada ənənəvi medianın problemləri ilə bağlı panel keçirilib - FOTO
- 05-10-2022 13:30
"Azəriqaz"ın baş direktoru media nümayəndələrilə görüşüb
- 05-10-2022 12:00
ABB-nin dəstəyilə “Gənc Fermer” oyununa start verilib
- 05-10-2022 11:30
800 minə yaxın şəxs müavinət və təqaüdlə təmin edilib
- 05-10-2022 10:30
Ərdoğan: Bir azdan taxıl daşınması ilə bağlı dünyaya müjdə verəcəyik
- 05-10-2022 09:30
Neft Fondunun 2022-ci ildə proqnozlaşdırılan gəlirləri artırılır
- 05-10-2022 09:00
Cəlilabadda iki nəfərin qətli ilə bağlı cinayət işi açılıb
- 05-10-2022 08:30
Ukrayna nümayəndə heyəti İstanbula gəlib
- 05-10-2022 08:00
Nazim Süleymanovun Rusiyada qazandığı kubok itib
- 05-10-2022 07:30
Rəqabət Məcəlləsi 2023-cü ildə qəbul ediləcək
- 05-10-2022 07:00
BŞİH: Binəqədi rayonunda birgə monitorinqlər aparılıb
- 05-10-2022 05:00
Altı ayda 35 mindən çox şəxsə əlillik təyin edilib
- 05-10-2022 04:30
2026-cı ilədək tikiləcək əsas daxili və transsərhəd yollar açıqlanıb
- 05-10-2022 04:00