Zoologiya İnstitutu: Çimərliklərdə rast gəlinən ilanlar zəhərli deyil
- 05-10-2022 22:00
- 455
"Çimərliklərdə rast gəlinən ilanlar zəhərli deyil".
Bunu APA-ya açılamasında AMEA Zoologiya İnstitutunun aparıcı elmi işçisi, zoologiya üzrə fəlsəfə doktoru Təvəkkül İskəndərov deyib.
O bildirib ki, çimərliklərdə su ilanları ilə qarşılaşmaq qaçılmaz haldır:
"Çünki suda yaşayan su ilanları qışlamaq, yumurta qoymaq , bəzi gəmiricilərlə qidalanmaq üçün quru ərazilərə gəlirlər. Əsas qidaları suda olduğu üçün su hövzələrinə baş çəkirlər. Yay aylarında ilanların fəallığı daha yüksək olur. Həmçinin çimərlik, göl və dəniz sahillərinə gedən insanların sayı da artır. Əslində su ilanlarının sayı artmayıb, sahil ərazilərdə fəallıq artdığı üçün bu sürünənlərə daha çox təsadüf edilir".
Təvəkkül İskəndərov deyib ki, su ilanları dənizin daşlı-qayalı sahillərində, göl və gölməçələrin qamışlı sahillərində daha çox məskunlaşırlar:
"Onlar nə qədər çox olsa da insan üçün heç bir təhlükə yaratmır. Çünki onlar zəhərli deyil, zəhərli sancma etmirlər”.
Alim əlavə edib ki, Xəzər dənizindəki Bakı və Abşeron arxipelaqı adalarında su ilanları kütləvi şəkildə məskunlaşıb. Orada insan faktoru olmadığı üçün bu ərazilərdə ilanları sürü halında da müşahidə etmək olar:
Bir müddət əvvəl Bakıda universitetlərdən birinin həyətində ilan görülməsi faktına da toxunan alim qeyd edib ki, kol-koslu, sakit, insanların az olduğu yerlərdə ilanlar daha çox məskunlaşır:
"Lakin bu cür ərazilərdə yaşayan ilanlar bəzən qidalanma ilə bağlı və ya sərinlik axtarmaq, yumurta qoymaq üçün ona bitişik təsərrüfat ərazisinə, həyətlərə də daxil ola bilərlər. Lakin universitet ərazisi kimi yerlərdə insan faktoru çox olduğu üçün adətən ilanlar bu cür ərazilərdə müşahidə edilmir. Ümumilikdə Azərbaycanda 28 növ ilan yayılıb ki, bunlardan yalnız 6-sı zəhərlidir. Zəhərli ilanlardan da ölkəmizdə ən çox rast gəlinəni gürzədir. Digər zəhərli ilanlar isə xırda ilanlardır və çox məhdud ərazilərdə yayılıb. Lakin gürzə Abşeronda, Aran zonasında, Qobustanda geniş yayılmış ilan növüdür”.
- Son sutkada Azərbaycanda COVID-19 əleyhinə peyvənd vurulmayıb
- Xarici səyyah: “Azad edilən ərazilərdə xeyli dağıntı var”
- Şuşada "ASAN xidmət" mərkəzinin tikintisi gələn il yekunlaşacaq - VİDEO

OXŞAR XƏBƏRLƏR
Mikayıl Cabbarov BƏƏ səfiri ilə görüşüb
- 05-10-2022 22:30
UNEC rektoru xaricdə təhsil alan doktorantlarla görüşüb
- 05-10-2022 21:30
Bərpa olunan enerji mənbələri ilə bağlı Komissiyanın tərkibi dəyişib
- 05-10-2022 20:30
Penitensiar Xidmətin 91 əməkdaşı işdən çıxarılıb
- 05-10-2022 20:00
Məhkumların törətdiyi ehtimal olunan 435 cinayətin qarşısı alınıb
- 05-10-2022 19:30
"AccessBank" maliyyə göstəricilərini açıqlayıb - HESABAT
- 05-10-2022 18:30
Çavuşoğlu Quterreşlə görüşüb
- 05-10-2022 18:00
Qaydaları pozan 12 nəfərin imtahan nəticəsi ləğv edilib
- 05-10-2022 16:30
“Bank BTB”nin xalis zərəri 5 milyon manatı ötüb
- 05-10-2022 16:00
II və III qruplar üzrə qəbul imtahanının nəticələri açıqlanıb
- 05-10-2022 15:30
Bu il ölkədə qeydə alınan cinayətlərin sayı açıqlanıb
- 05-10-2022 15:00
Şuşada ənənəvi medianın problemləri ilə bağlı panel keçirilib - FOTO
- 05-10-2022 13:30
"Azəriqaz"ın baş direktoru media nümayəndələrilə görüşüb
- 05-10-2022 12:00
ABB-nin dəstəyilə “Gənc Fermer” oyununa start verilib
- 05-10-2022 11:30
800 minə yaxın şəxs müavinət və təqaüdlə təmin edilib
- 05-10-2022 10:30
Ərdoğan: Bir azdan taxıl daşınması ilə bağlı dünyaya müjdə verəcəyik
- 05-10-2022 09:30
Neft Fondunun 2022-ci ildə proqnozlaşdırılan gəlirləri artırılır
- 05-10-2022 09:00
Cəlilabadda iki nəfərin qətli ilə bağlı cinayət işi açılıb
- 05-10-2022 08:30
Ukrayna nümayəndə heyəti İstanbula gəlib
- 05-10-2022 08:00
Nazim Süleymanovun Rusiyada qazandığı kubok itib
- 05-10-2022 07:30
Rəqabət Məcəlləsi 2023-cü ildə qəbul ediləcək
- 05-10-2022 07:00
BŞİH: Binəqədi rayonunda birgə monitorinqlər aparılıb
- 05-10-2022 05:00
Altı ayda 35 mindən çox şəxsə əlillik təyin edilib
- 05-10-2022 04:30
2026-cı ilədək tikiləcək əsas daxili və transsərhəd yollar açıqlanıb
- 05-10-2022 04:00