Ramiz Mehdiyevin fiaskoya uğrayan  “höküməti”nin səhiyyə naziri bu adam olacaqmış

Ramiz Mehdiyevin fiaskoya uğrayan “höküməti”nin səhiyyə naziri bu adam olacaqmış

Azərbaycan Rspublikasının Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə  İnstitutunun 74 yaşlı  kafedra müdiri Valeh Mirzəzadə  də Ramiz Mehdiyevin sadiq adamlarından imiş. Belə ki, uzun illərdir şəkərli-diabet xəstəliyindən əziyyət çəkən “boz kardinal” məhz, onun sayəsində bugünədək də gümrahdır. Valeh Mirzəzadə Ramiz Mehdiyevin şəxsi həkimi rolunu oynamaqla bərabər, həm də onun “tərəfmüqabil”lərindənimiş. Sözügedən  şəxsi həkimin elə Ramiz Mehdiyevin  sayəsində də kafedranın rəhbərliyinə  təyin olunduğu söylənilir. Kafedra müdiri tərəfmüqabilinin şəxsi həkimi olduğundan qılıncının dalı da, qabağı da kəsirmiş. Elə buna görə də indiyədək sözügedən instituta ayda bir-iki dəfə baş çəkməklə kifayətləndiyi deyilir. Valeh Mirzəzadə kafedraya işə gəlmək əvəzinə,  “Metabolit” adlı klinikada pullu xidmətlə fəaliyyət göstərir.
Qeyd edək ki, əslən Kislovodskdan olan Valeh Mirzəzadənin anası Tamaranın erməni kökənli olduğu bildirilir. Məhz, elə bu səbəbdən də onun Ramiz Mehdiyevin həyat yoldaşı Qalına Yuryevnayla yaxın dostluq münasibətiləri indiyədək də davam edir. Kluarlarda gəzən söz-söhbətlərə görə,  bu “xidmətləri” sayəsində də Ramiz Mehdiyevin baş tutmayan “Dövlət Şurası”  xəyanəti gerçəkləşəcəyi təqdirdə yeni qurulan “hökümətd”də Valeh Mrzəzadə  səhiyyə naziri postunu tutacaqmız. Lakin Ramiz Mehdiyev saydığını saymaqda davam etdiyi müddətdə iç üzü bəllil oldu və hüquq-mühafizə orqanları tərəfindən bu xəyanətin qarşısı vaxtında alındı.  Həmçinin,  Ramiz Mehdiyev Valeh Mirzazadənin Murad adlı oğlunu da davamlı olaraq, Səhiyyə nazirliyində önəmli vəzifələrə gətiribmiş. 

Belə ki, hazırda Səhiyyə Nazirliyi Sertifikasiya Komissiyasının rəhbəri vəzifəsini daşıyan Murad Mirzəzadə bunadək Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisinin yeni müavin təyin olunubuş və bu vəzifəyə sabiq səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə  təyin edilibmiş. 

Xatırladaq ki, Murad Mirzəzadə bundan əvvəl həmçinin Səhiyyə Nazirliyinin Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin Operativ və hospital işləri üzrə müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, bu gün ölkədə həkim ehtiyatsızlığı səbəbiylə dünyasını dəyişən insanların əksəriyyətini saxta sertifikatla çalışan həkim-estetlər təşkil edir.





OXŞAR XƏBƏRLƏR