Su sayğacsız mənzillərdə 1 nəfərə 4 qat artıq pul alınır? BƏYANAT
“Bu ilin sentyabr ayından etibarən su sayğacı quraşdırılmayan mənzillərdə mənzil sahıbləri hər ay xıdmət haqqı olaraq 1 nəfər qeydiyyatda olan şəxs üçün 8 AZN ödədiyi halda, bundan sonra 4 həfərin pulunu ödəyəcəkdir!”
Azadmediatv.com xəbər verir ki, bu haqda Azad İstehlakçılar Birliyinin sədri Eyub Hüseynovun yaydığı bəyanatda belə deyilir.
Bəyanatda deyilir:
“Azad İstehlakçılar”İctimayi Birliyinin (AİİB) araşdırması:-“İri şəhərlərin Birləşmiş Su təchizatı Xidməti “PHŞ, Nəsimi rayon Sukanal idarəsinin təcrübəsi dünyaya “Nümunə” olmalədır:- “Gecə gündüz qapılar açıq olmalıdır”, əks halda cərimə!!!
“Azad İstehlakçılar” İctimayi Birliyinin(AİİB)-nə gələn şıkayətlər göstərir ki, bu ilin sentyabr ayından su sayğacı quraşdırılmayan mənzillərdə mənzil sahıbləri hər ay xıdmət haqqı olaraq 1 nəfər qeydiyyatda olan şəxs üçün 8 azn ödədiyi halda bundan sonra 4 həfərin pulunu ödəyəcəkdir! Bu faktı araşdırmaq üçün qəbzlərin son sətirində yazılmış (012)5304406 telefon ilə əlaqə saxladıqda və ya “ASAN Komunal” xidmətinə müraciət etdikdə bildirilir ki, bu “Yeniliyi” Nəsimi Sukanal idarəsi ona görə tətbiq edib ki, əhali qapılarını daim açıq saxlasın ki, mənzilə sayğac quraşdırmaq mümkün olsun! Əks halda 4 qat artıq ödəməlidir! Dövlətin təbii inhisar qurumlarına nəzarət edən şəxslərinə əhsən!! AİİB-də olan fakt abonent kodu 0520323900510 olan şəxsə aiddir. “ASAN Komunaldan” alınan məlumat istehlakçıya 05.09.2025-ci ildə bu koda 8 AZN ödədiyi halda, heç bir borc göstərilmədiyi halda, noyabr ayı üçün təchizatçı tərəfindən verilmiş ödəniş sənədində göstərilən 41 AZN-dən canını qurtarmaq üçün gərək başqa “ASAN xidmətə” getməlidir, oradan mənzilində 1 nəfərin qeydiyyatda olmasına dair rəsmi sənədi götürüb yenidən “ASAN Komunal”a gəlməli, arayışı təqdim edib, 4 nəfərin 1 nəfərlə əvəz olunmasına nail olmalıdır. 4 nəfər adıyla ödədiyi pulun geri qaytarılacağı barədə də məlumat verilmir! Yəqin ki, məhkəməyə müraciət etmək məcburiyyətiylə üzləşəcək. Əgər arayış almaq üçün “ASAN Xidmət”ə arayış üçün gedən şəxs ev sahibinin adından verilmiş rəsmi vəkalətnamə təqdim edərək müraciət edərsə, ona arayışın verilməsi də sual altındadır. Yəni mənzil sahibi uzaq bir ölkədə yaşayırsa “Nəsimi Sukanal” idarəsinin “4 nəfər” şər-böhtanından canını qurtarmaq istəyirsə, gərəkdir ki, uzaq ölkədən özü gəlsin!
Suallar və narızılıq yaranır:
1)Nəsimi Sukanal idarəsi bu qərarı, əhalidən böhtan vasıtəsilə topladığı bu pulları hansı qanuni akta istinad edərək icra edir?
2) İnhisarçı mövqeyindən nə üçün sui-istifadə edir?
3)Bu məsələlərə nəzarət etməli olan Dövlət qurumları nə üçün mövqe bildirmir?!
AİİB-in sədri:Eyyub Hüseynov”

Gülnaz Qənbərli
Azadmediatv.com



