Neft Fondunun 2022-ci ildə proqnozlaşdırılan gəlirləri artırılır

Neft Fondunun 2022-ci ildə proqnozlaşdırılan gəlirləri artırılır

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin gəlirləri artırılır, xərcləri isə azaldılır.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1527 nömrəli Fərmanında edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin gəlirləri 10 589 701,9 min manatdan 15 789 147,9 min manata qaldırılıb , xərcləri isə 12 789 674,6 min manatdan 11 597 136,5 min manata endirilib.


OXŞAR XƏBƏRLƏR