Ərdoğan: Bir azdan taxıl daşınması ilə bağlı dünyaya müjdə verəcəyik

Ərdoğan: Bir azdan taxıl daşınması ilə bağlı dünyaya müjdə verəcəyik

Bir azdan Dolmabağça ofisində Rusiya və Ukrayna heyətlərinin iştirakı ilə “Taxıl daşınması sazişi” imzalanacaq.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, bu imzalama mərasimi ilə İstanbuldan dünyaya bir müjdə veriləcək.

Ərdoğan həmçinin deyib ki, bu saziş taxıl dəhlizi ilə bağlı problemləri aradan qaldıracaq.


OXŞAR XƏBƏRLƏR