“Qalatasaray” yeni baş məşqçisi ilə anlaşıb

“Qalatasaray” yeni baş məşqçisi ilə anlaşıb

“Qalatasaray”ın yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 2022/23 mövsümündən “cim-bom”u sabiq futbolçusu Okan Buruk çalışdıracaq.

Şəxsi səbəblərdən Fransada olan 48 yaşlı mütəxəssis gecə saatlarında İstanbula gəlib. Dərhal klubun bazasına yollanan Buruk prezident Dursun Özbəklə görüşərək müqavilənin detallarını müzakirə edib.

Prezidentin 2 illik müqavilə təklifini çalışdırıcı qəbul edib. Hətta onun az maaşa “Qalatasaray”da çalışmağa razılıq verdiyi bildirilir. Mütəxəssisin 2 illik sazişə qol çəkməsinin səbəbi Dursun Özbəkin məhz 2024-cü ilin yayına qədər prezident seçilməsidir.

Okan Buruk məşqçilik karyerasında 7 fərqli komanda çalışdırıb. Onun son klubu “Başakşəhər” olub.

Qeyd edək ki, “Qalatasaray” baş məşqçisi Domenek Torrenlə dünən yollarını ayırıb.


OXŞAR XƏBƏRLƏR