Rusiya XİN: Ukraynadan xarici gəmilərlə taxılın daşınmasına yardım etməyə hazırıq
- 22-06-2022 20:30
- 8
Rusiya tərəfi heç vaxt Ukraynanın Qara dəniz limanlarından taxıl ixracına maneə olmayıb və olmur.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Rusiya XİN sözçüsü yüksək mina və atəşə tutulma təhlükəsi səbəbindən limanlardan istifadənin qeyri-mümkün olduğuna diqqət çəkib: “Bütün bunlar “Kiyev rejimi” tərəfindən yaradılıb. Ukrayna hakimiyyəti Qara və Azov dənizlərində 420-yə yaxın mina quraşdırıb. Kiyev 16 ölkədən 70 xarici gəmini bloklayıb və saxlayır".
Zaxarova Rusiyanın Ukraynadan xarici gəmilərlə taxılın daşınmasına yardım etməyə hazır olduğunu da söyləyib: “Rusiya hərbçiləri öz tərəfindən Qara və Azov dənizlərində iki humanitar dəhlizin təhlükəsiz fəaliyyət göstərməsi üçün lazımi şəraiti yaradıblar. Mariupol və Berdyansk limanlarından kənd təsərrüfatı məhsullarının ixracı üçün istifadə imkanı var. Bundan başqa, Rusiyanın Ukrayna taxılının xarici gəmilər tərəfindən maneəsiz ixracının təmin edilməsinə köməklik göstərməyə hazırlığı, onların silah qaçaqmalçılığına nəzarəti və Kiyevin Qara dənizdə təxribat törətməkdən, mina təhlükəsi yaratmaqdan və gərginlikdən imtina etməsi şərti ilə təsdiqlənir”, - o deyib.
- Rusiya Ukraynanın hərbi itkilərini açıqlayıb
- Putin: “Qərbin iqtisadi siyasətdəki səhvləri yoxsulluğun kəskin artmasına gətirib çıxarıb”
- Lavrov: “Zelenski Putinlə görüş xatirinə görüş istəyir”

OXŞAR XƏBƏRLƏR
Ağdam və Bərdəyə sel gəlib - VİDEO
- 29-06-2022 12:00
Zurabişvili: "Namizəd statusu üçün qətiyyətlə işləməyə hazırıq"
- 29-06-2022 11:00
Gürcüstana Avropa İttifaqına namizəd statusu verilməyib - VİDEO
- 29-06-2022 10:00
Aİ Şurası Ukrayna və Moldovaya namizəd statusu verib - VİDEO
- 29-06-2022 09:30
FHN-in amfibiya təyyarəsi Türkiyəyə çatıb - VİDEO
- 29-06-2022 09:00
Kiyevdə diversantlar saxlanılıb
- 29-06-2022 08:30
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Moskvaya yola düşüb
- 29-06-2022 08:00
Lavrov: "Üçtərəfli işçi qrupun fəaliyyətində irəliləyiş var”
- 29-06-2022 06:30
Türkiyə və Britaniyanın müdafiə nazirləri görüşüb
- 29-06-2022 04:30
İstanbulda taxıl koridoru üçün əməliyyat mərkəzi yaradıla bilər
- 29-06-2022 02:30
Xaricdə verilmiş sürücülük vəsiqələri 1 ay ərzində dəyişdirilməlidir
- 29-06-2022 01:30
Ermənistanın müdafiə naziri Moskvaya yola düşüb
- 29-06-2022 00:00
Prezident İlham Əliyev Lavrovu qəbul edib - YENİLƏNİB - VİDEO
- 28-06-2022 23:00
7000 şəhid ailə üzvünə vərəsəlik şəhadətnamələri verilib
- 28-06-2022 22:30
ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirləri görüşüb
- 28-06-2022 22:00
Ərdoğanın sözçüsü ilə Baydenin müşavirinin telefon danışığı olub
- 28-06-2022 21:30
“Netflix”in “The Gray Man” layihəsinin bir hissəsi Bakıda çəkilib
- 28-06-2022 21:00
Baş prokuror Belarusda səfərdədir
- 28-06-2022 20:30
Bakı-Quba yolunda iki maşın toqquşub, xəsarət alanlar var
- 28-06-2022 20:00
DTX rəisi BQXK-nın nümayəndələri ilə görüşüb
- 28-06-2022 19:30
Lavrov Bakıya gəlib
- 28-06-2022 19:00
Naxçıvanda kreditləşmənin həcmi 37%-dək artıb
- 28-06-2022 18:00