Qobustanda silahlı insident olub, xəsarət alan var

Qobustanda silahlı insident olub, xəsarət alan var

Qobustanda silahlı insident olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyunun 21-də Qobustan rayonunun Xilmilli kəndi ərazisində kənd sakini İ. Yusibov sərxoş vəziyyətdə xuliqanlıq zəminində həmkəndlisi S. Qardaşəliyevin istiqamətində ov tüfəngindən atəş açaraq ona yüngül xəsarət yetirib.

Qobustan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İ. Yusibov saxlanılıb, ondan müvafiq sənədləri olan “Churchill” markalı ov tüfəngi götürülüb.


OXŞAR XƏBƏRLƏR