Sabirabadda qız qaçıran Bakı sakini tutulub

Sabirabadda qız qaçıran Bakı sakini tutulub

Sabirabadda qız qaçıran şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyunun 21-də Sabirabad rayonunun Suqovuşan kənd sakini Ə. Həsənov Rayon Polis Şöbəsinə müraciət edərək həmin gün saat 17 radələrində qız nəvəsinin naməlum şəxs tərəfindən evlənmək məqsədi ilə qaçırılmasını bildirib.

Həmin gün saat 21 radələrində rayonun Nərimankənd kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü İ. İsmayılov yol polisinin əməkdaşlarına yaxınlaşıb avtomobilində olan 2 sərnişinin özlərini şübhəli aparmalarını bildirib.

Araşdırmalarla həmin şəxslərin Bakı şəhər sakini R. Mirzəyev və qaçırılan qız olması müəyyən olunub və onlar saxlanılaraq Sabirabad RPŞ-yə təhvil veriliblər.

Araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR