Azərbaycana avtomobil idxalı 8% azalıb

Azərbaycana avtomobil idxalı 8% azalıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 369 468,6 min ABŞ dolları dəyərində 28 681 vahid avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 16,1% çox və 8,1% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk beş ayında ölkəyə 270 882,23 min dollar dəyərində 26 408 vahid, əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobili və digər mühərrikli nəqliyyat vasitəsi idxal olunub. Bu göstərici 2021-ci ilin eyni göstəricisindən dəyər baxımından 1,2%, say baxımından isə 8,4% azdır.

Bundan başqa, bu ilin yanvar-may aylarında ölkəyə 38 917,02 min dollar dəyərində 1 851 vahid (2021-ci ilin eyni göstəricisi ilə müqayisədə müvafiq olaraq dəyər ifadəsində 16,6% çox, say baxımından isə 19% az) yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 292 vahid (5,7 dəfə çox) 43 849,26 min dollar dəyərində (artım 9,5 dəfəyədək) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri və 130 vahid (87 vahid çox) 15 820,09 min dollar dəyərində (2,7 dəfədən çox) xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri idxal olunub.

Komitənin məlumatına görə, bu ilin yanvar-may aylarında ölkəyə dəyəri 47 017,87 min dollar (2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 2 dəfədən çox) təşkil edən 5 082 vahid (36,6% çox) daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, həmçinin 3 744,79 min dollar (3,5 dəfədən çox) dəyərində 130 vahid (101 vahid çox) yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.


OXŞAR XƏBƏRLƏR