Mustafa Destici: Ermənistan Azərbaycanla əldə olunan razılaşmalara əməl etməsə, Türkiyə ilə normallaşma prosesi mümkün deyil

Mustafa Destici: Ermənistan Azərbaycanla əldə olunan razılaşmalara əməl etməsə, Türkiyə ilə normallaşma prosesi mümkün deyil

“Əgər, Ermənistan Azərbaycanla əldə olunan razılaşmalara əməl etməsə, Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi mümkün deyil. Bundan sonra Ermənistan yalnız Azərbaycanla masa arxasına oturduqdan sonra Türkiyə ilə görüşə biləcək”.

Bu haqda  Bakıda keçirilən mətbuat konfransında Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici  “Azadmediatv.com-un sualını cavablandırarkən belə deyib.

Xəbər verdiyimiz kimi ölkəmizdə 5 günlük səfərin yekunlarıyla bağlı M. Destici mətbuat konfransı keçirib. Partiya sədri qeyd edib ki, Ermənistan işğal etdiyi torpaqlardan çıxarıldıqdan sonra, tamamilə fərqli ruh halındadır.

O, Zəngəzur dəhlizinin bütün Türk dünyası və region ticarəti üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. 

 Böyük Birlik Partiyasının (BBP) sədri M.Desticinin Azərbaycana səfəri çərçivəsində keçirilən mətbuat konfransında Türkiyə–Azərbaycan münasibətləri, regional hadisələr və iki ölkə arasındakı əməkdaşlığın inkişaf etdirilməsiylə bağlı fikirlərini bildirib. M.Destici qeyd edib ki, Azərbaycanda olmaqdan məmnundur və böyük bir heyətlə Yeni Azərbaycn Partiyasının dəvəti ilə Azərbaycana səfər rdib: “Cənab Tahir Budaqova və digər partiya mənsublarına  ekipimizə göstərdikləri diqqətə görə təşəkkür edirik. Ziyarətimiz Türkiyə Cümhuriyyətinin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün və Azərbaycan Türkiyə Məzunları İctimai Birliyinin rəhbəri ilə görüş keçirməklə başladı. Ziyarətimizin ikinci günü öncə cənab Ramil Həsəni ziyarət etdik. Burada onunla böyük bir görüş keçirdik. Daha sonra Tahir Budaqovla Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk şəhidliyini və Yeni Azərbaycan Partiyasını ziyarət etdik. Tahir Budaqovla bərabər böyük bir görüş keçirib, Türkiyə-Azərbaycan münasibətlərini müzakirə etdik. Milli Məclisin Türkiyə Azərbaycan Dostluq Qrupunun rəhbəri Əhliman Əmiraslanovla və digər millət vəkillərilə görüşüb, müzakirələr apardıq.

Növbəti gün Ağdamı və Şuşanı ziyarəti etdik. Düzdür, əvvəlki Ağdam yoxdur, amma yenisi  inşa edilir. Xocalı faciəsinin şəhidlərinin məzarını ziyarət edib, Xankəndində səfərdə olduq. Qarabağ Universitetinin rektoru Şahin Bayramovla görüşüb, universitet haqqında müəyyən məlumatlar əldə etdik. Şuşa bütün Türk Dünyası üçün önəmlidir. Bu arada Türkiyə ilə Azərbaycan arasında imzalanan “Şuşa bəyannaməsi”ni də dəstəkləyirik.

Böyük Birlik Partiyası olaraq qurulduğumuz ilk gündən Azərbaycan türklərinin yanında olub, acısını acımız, sevincini sevincimiz bilmişik”. Partiya sədri işğaldan azad edilən Şuşada çox böyük işlərini görüldüyünü də dilə gətirib. Destici bildirib ki, Şuşa keçmiş günlərindən daha möhtəşəm günlərə qovuşacaq. Sədr hazırda görülən işlərdən bir türk övladı olaraq qürur duyduğunu vurğulayıb.

Partiya  sədri çərçivəsində Bakıda Heydər Əliyev Mərkəzini və muzeyini ziyarət etdiklərini də diqqətə çatdırıb:

“Bu gün Azərbaycan Respublikasının xarici  İşlər naziri Ceyhun Bayramovla görüşümüz nəzərdə tutulub. Bakıya hardasa 10 il əvvəl gəlmişdim. Bakı çox dəyişib. Artıq Bakı bir dünya paytaxtına çevrilib. Bundan qürur duyuruq. İlham Əliyevi və komandasının müvəffəqiyyəti çox böyükdür, biz Bakıda olan dəyişikliklərdən çox böyük qürur duyduq. Azərbaycan hər istiqamətdə böyük bir inkişaf yaşayır. Bu inkişafı Azərbaycana yaşadan liderlərə təşəkkür edirik. Türkiyə ilə Azərbaycanın sarsılmaz münasibətləri var.

Qarşıda 8 noyabr Zəfər Günü gəlir. Mən buradan Azərbaycan ordusunun zəfərinin 5-ci ildönümünü  təbrik edirəm. Türkiyənin bu zəfərə az da olsa qatqısından qürur duyuram. Türkiyə o dövrdə Azərbaycan tərəfindən nə tələb edilibsə, yerinə yetirib. Bunu bir qardaş kimi həyata keçirib.

“Şuşa bəyannaməsi”nə Azərbaycan və Türkiyə böyük sədaqətlə yanaşır, münasibətlər də bu bəyannamə üzərindən davam edir.

TDT-də Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın və Azərbaycan prezidenti İlham Əliyevin liderlik etdiyini görürük. Azərbaycan və Türkiyə bu il birlikdə 20-yə yaxın hərbi təlim keçirib. Ortaq əlifbaya keçid məsələsi də gündəmə gətirildi, bu da çox önəmlidir”-deyə Mustafa Dəstici qeyd edib.

Daha sonra o, media nümayəbdələeinin suallarını cavablandırıb.

Gülnaz Qənbərli

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR