Naxçıvanda kreditləşmənin həcmi 30%-dən çox artıb

Naxçıvanda kreditləşmənin həcmi 30%-dən çox artıb

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 141,2 mln. manatdan çox kredit verilib ki, bu da bir il öncəki göstəricidən 31,1% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, verilən kreditlərin 12,1 mln. manatdan çoxu və yaxud 8,6%-i qısamüddətli, 129,7 mln. manatdan çoxu və yaxud 91,4%-i uzunmüddətli kreditlər olub.

1 iyul 2022-ci il tarixə muxtar respublikanın açılan bank hesablarının sayı 213 329-a çatmışdır ki, bunun da 205 727-si və ya 96,4%-i aktiv hesablardır. Cari ilin yanvar-iyun aylarında açılan 28 833 bank hesabının 28 822-si aktiv hesablar olub.

1 iyul 2022-ci il tarixə muxtar respublikada quraşdırılan POS-terminalların sayı 1590-a çatdırılıb.


OXŞAR XƏBƏRLƏR