Türkiyə XİN rəhbəri: Ermənistandan konkret addımlar görmək istəyirik

Türkiyə XİN rəhbəri: Ermənistandan konkret addımlar görmək istəyirik

Biz Türkiyə olaraq Cənubi Qafqazda sülh istəyirik. Qarabağ Zəfərindən sonra Azərbaycanın təklifləri, bizim də yanaşmamız ortadadır.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT Haber telekanalına müsahibəsində deyib.

“Böyük dövlət olaraq bizim jest etməyimiz normaldır”, - nazir qeyd edib.

O xatırladıb ki, Azərbaycanla Ermənistan arasında müxtəlif vaxtlarda Moskva və Brüsseldə görüşlər keçirilib. Eyni zamanda, sərhədlərin delimitasiyası üzrə komissiyalar yaradılıb, əhatəli sülh sazişi üçün təklif irəli sürülüb.

Çavuşoğlu Ermənistanı hərtərəfli sülh sazişi üzərində işləməyə, Zəngəzur dəhlizi də daxil olmaqla, bütün layihələri həyata keçirməyə çağırıb.

“Azərbaycan da, Türkiyə də bu məsələdə səmimidir. Ermənistandan isə konkret addımlar görmək istəyirik. Biz bu prosesi Azərbaycanla koordinasiya etməliyik. Ermənistanda bunu qəbul etməyə bilərlər. Amma bu reallıqdır. Çünki biz “bir millət, iki dövlət”ik”, - XİN rəhbəri diqqətə çatdırıb.


OXŞAR XƏBƏRLƏR