Sabiq deputat bu səbəbdən Ankarada dünyasını dəyişib

Sabiq deputat bu səbəbdən Ankarada dünyasını dəyişib

Sabiq millət vəkili və Ana Vətən Partiyasının qurucusu  Fəzail Ağamalı Türkiyə vaxt; ilə saat 17:00 radələrindədə Ankarada xəstəxaların birində vəfat edib.

Azadmediatv.com xəbər verir ki, bu haqda xəbəri sabiq millət vəkilinin qızı Günay Ağamalı yayıb. onun sözlərinə görə, F.Ağamalı uzun sürən xəstəlikdən sonra Ankarada vəfat edib.

Qeyd edək ki, 79 yaşlı Fəzail Ağamalı 35 il Ana Vətən Partiyasına sədrlik edib. Bir neçə ay öncə isə həmin partiyanın sədri olmaq uğrunda övladları arasında münaqişə baş vermişdi.

Fəzail Ağamalı 1990-cı ildən Ana Vətən Partiyasına rəhbərlik edib və bu partiyanın simalarından biri kimi tanınıb. Bir müddət əvvəl partiyada sədr vəzifəsi uğrunda onun övladları arasındabaş verən  mübahisə ictimai müzakirələrə səbəb olmuşdu. O, müxtəlif illərdə dövlət vəzifələrində çalışıb. Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, birinci müavini və nazir əvəzi olub. 1994-cü ildə istefa verib. Fəzail Ağamalı 1995–2024-ci illər arasında ardıcıl olaraq 6 çağırış Milli Məclisin deputatı olub. 2007-ci ilin martında Milli Məclisin iclaslarından birində, hökumətin illik hesabatı zamanı Fəzail Ağamalı ilə digər deputat Hüseyn Abdullayev arasında əlbəyaxa dava yaranmışdı. Həmin hadisədən sonra H.Abdullayevin deputat mandatı geri alındı, özü isə həbs olundu.

Xatırladaq ki, Fəzail Ağamalı 1947-ci il avqustun 26-da Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisian rayonunun Şıxlar kəndində anadan olub.1965-ci ildə Dəstəgird orta məktəbini bitirib. 1966–1971-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. 1968-ci ildən, ali təhsilinin üçüncü kursundan etibarən, Azərbaycana müstəqillik tələb edən "Azərbaycanın azadlığı və bütövlüyü uğrunda" gizli tələbə dərnəyinin fəal iştirakçılarından biri olub. Buradakı antisovet fəaliyyətinə görə SSRİ təhlükəsizlik orqanları tərəfindən 70-ci illərdə təqibə məruz qalıb.

1972-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına qəbul olunub və 1980-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsini alıb.

1971–1972-ci illərdə Naxçıvan şəhər 1 saylı orta məktəbdə müəllim, 1973–1983-cü illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitunda müəllim, baş müəllim vəzifələrində çalışıb. 1983–1988-ci illərdə Azərbaycan Texnologiya İnstitunda kafedra müdiri vəzifəsini daşıyıb, 1988-ci ildə Milli Azadlıq Hərəkatında daha fəal iştirak etmək üçün ailəsilə birlikdə Bakı şəhərinə köçüb. 1988–1990-cı illərdə Dövlət İqtisad İnstitunda dosent vəzifəsində, 1991-ci ildən Azərbaycan Əmtəəşünaslıq İnstitutunda, 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində dosent və professor kimi elmi fəaliyyət göstərib.

Allah rəhmət eləsin....

Gülnaz Qənbərli

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR