Kimin  nə arzusu, diləyi  varsa qoy, Hacıya yazsın…

Kimin nə arzusu, diləyi  varsa qoy, Hacıya yazsın…

Gülnaz Qənbərli

 

Sovetlər dönəmində, elə ondan əvvəl Çarlar dövründə də - I Pyotrdan tutmuş II Nikolayədək heykəllər vahiməli görünməsi üçün hündür postamentlər üzərində qurulurdu. Heykəlin böyük, əzəmətli, əlçatmaz və yüksəkdə olması həmin vaxtlar psixoloji vasitə kimi istifadə edilirdi. Lakin zaman göstərdi ki, prostoy, prostoy narod kükrəyəndə ilk işi başına kəndir salıb yerlə yeksan etdiyi yuksəkdə duran, əl çatmayan heykəllər olur.
Postsovet ölkələrinin insanları heykəllərin qosqoca, əzəmətli, yüksək postamentdə olmasına vərdiş ediblər.
Hacı Zeynəlabdin Tağıyevin İşərişəhərdə yerdən qoyulan və elə özü boyda tuncdan və bürüncdən hazırlanan heykəlini gördükdə öncə mən də pis oldum: “Əcaba, Hacının az qala bir əsr sonra qoyulan abidəsinə bir metrlik də postamend qıymayıblar?”
Amma bu səhər yuxudan ayılanda gördüyüm yuxunun təsirindən şok yaşadım. Yuxunu danışmayacam. Topa tutarsınız yuxumu… Amma həqiqət həqiqətən belədir; Millətin atası millətinin, xalqının içində olmalıdır. Çünki dünya dağılsa da, xalq onun heykəlinin başına kəndir atıb küçələrdə sürüməyəcək.
Hacı Zeynəlabdın Tagıyevin heykəlini çox bəyəndim…
Nəhayət, Hacı xalqının, millətinin arasında və sevdiyi İçəri şəhərindədir. Oradan da sevdiyi Bakı Bulvarında istirahət edənlərə baxır. Onun heykəlini xalqın içinə gətirməklə həm də ölkəmizdə bir ilkə imza atıldı. Hacını sovet psixologiyasina aid olmayan heykəlləşdirməklə…
Hətta ağlıma bir ideya da gəlib, kimin onu ümidsizlikdən qurtaracaq nə arzusu, diləyi  varsa qoy, Hacıya yazsın…

Нет описания.
Azadmediatv.com