Seyyidə Şəhlaya azadlıq tələb edənlərin xəbər aparanları kimlərdir?

Seyyidə Şəhlaya azadlıq tələb edənlərin xəbər aparanları kimlərdir?

Avqustun 4-də radikal dini təşkilatın bir neçə üzvü  Londonda Azərbaycan səfirliyinə hücum etməsiylə bağlı hamı sosial şəbəkədə nəsə yazır, iddialar irəli sürür.  Radikal dini terror təşkilatının aydın izlərini isti-isti araşdıranda məlum olur ki,  səfirliyin yerləşdiyi binada Azərbaycan bayrağını çıxarıb yerinə dini şüar yazılmış bayraq taxan, divarlara, pəncərələrə ərəb dilində şüar yazıb və səsləndirənlər İmam Hüseynin "qeyrətini" çəkənlərdir.
Neçə gündür bu məsələ üzərində analizlər edib "zasepka"nı tapmağa çalışıram. Çünki  baş verən bu hadisə bütün qırmızı xətləri keçib, əndazəni aşıb. Dünyada qəbul olunmuz bir akt var. Səfirliklərin hansı ölkədə yerləşməsindən asılı olmayaraq, ərazi səfirliyi təmsil edən dövlətə aiddir. Azərbaycanı təmsil edən hər bir səfirliyin yerləşdiyi bina da mənsub olduğu ölkənin ərazisidir, toxunulmazdır və yerləşdiyi dövlət tərəfindən qorunmalıdır. Ona görə də, avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin toxunulmazlığı pozulub. Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi məlumatında deyilir ki, yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb.
Buradakı incə nüanslara diqqət etsəniz, bəziləriniz gündəmi yaxşı izləməsəniz də  söhbəti tam tutacaqsınız. Beləliklə,  bəzi məqamları yüksək məqamınlza çatdırmağı özümə borc bilirəm... 
DİQQƏT!
Londonda səfirliyimizə hücum edənlər üfunətli əlləriylə bayrağımızı kirlətməyə çalışarkən balkondan bir portret də asıblar... Yəqin indi diqqətlə baxıb özünüz də şahid olacaqsınız. Portretdən qara niqablı qadının şəkili düz bizə baxır.
Üz-gözündən terror yağan saqqalı dəmşəlağ da  çıxış edib deyir ki, bu portretdə gördüyünüz qadını tək buraxmarıq! "Tənha, ərsiz qadındır, bəlkə də duldur, polis onu evində girov saxlayır, bu bacı mərd-mərdanə İmam Hüseyn üçün Zeynəb üçün vuruşur, biz də onun üçün dəstək olmalıyıq filan... "
Uca diqqətinizə çatdırım ki, portretdəki qadın Binə qəsəbəsində yaşayan seyidə Şəhla adında dindardır. Evinin hasarına "Ya Hüseyn" yazıb, polislər tökülüb silib, o yenə yazıb və yazdığını silməyə qoymur, polis evini muhasirədə saxlayır, deyir qanım töküləcək, amma bu yazı silinməyəcək. 
Bu günədək də dirəşmə davam edir.  Youtube-d "seyid Şəhla" yazsanız dediklərimə şahid olacaqsınız. 
Amma əsas odur ki,  zühr etməsini gözlədiyimiz Sahib-əz-zaman Mehdinin Londondakı adamlarına bu dirəşmə  necə gedib çatıb, kim çatdırıb, necə çatdırıb? Kiii... onlar balkona dırmaşıb Seyyidə Şəhlaya azadlıq tələb ediblər... Uzaq yolun yaxın məsafəsi görünür. Ehtiyatlı və diqqətli olun...
Gülnaz Qənbərli

Azadmediatv.com