Xöşbəxtliyi yaşamaq bu qədər bəsit…

Xöşbəxtliyi yaşamaq bu qədər bəsit…

Gülnaz Qənbərli

 

Ədalət və ədavət. Hansı güclüdür, hansı qalib?

Hansı dəbdədir, hansı unudulub... əlbəttə, etiraf edək ki, hələ də ədavət! 

Dəblər dəyişdiyi kimi zövqlər də dəyişir...  Ancaq ədavətin nə dəbi var, nə dəbdəbəsi. Sadəcə, yıxdığı qəlblər, dağıtdığı evlər, xəstə saldığı, məzara gömdüyü xeyirxah insanlar var. Ədavət aparan insanların işi həmişə ədalətli, xeyirxah, haqqı deyib, haqqı qoruyan insanlarla olur.

Çox vaxt da bu ədavəti sinsicə, üzünə gülüb, kürəyinə xəncər saplayaraq edərlər. Həyasızlıqları bununla bitməz, çətinə düşəndə köməyi də, məhz pislik etdikləri insandan istəyərlər. Yararlanarlar, həmən də unudar qaldıqları yerdən ədavətlərinə davam edərlər.

Pislik, paxıllıq, qısqanclıq içlərini yeyib dağıdar, etdikləri qarşılarına çıxar, ancaq dərs almazlar.

Gündəlik həyatımızda nə qədər belə ədavət aparan insanlar görürük.  Ailələrdə,   qohum-əqrabada, qonum-qonşuda, yadlarda,  dostda-tanışda… 

Ana-bala, qardaş-bacı, qohum-əqraba arasında gedən müharibələr, ev, vəzifə, məqam, üstündə gedən savaşllar onları özləri də hiss etmədən  III Cahan Müharibəsinə sürükləyir. 

Yer kürrəsi pisliklərdən, neqativ enerjili insanların çoxluğundan bezib, sanki. İnsanlar nə qədər ki, bir-birinin pis gününə sevinib şadlanacaq, bir o qədər də xəstəliklərin, pisliklərin məngənəsində çırpınacaq.

Oyanın insanlar… Hələ gec deyil…Pislikləri, ədavəti unudub, içinizi dağıdan kininizdən qurtulun. Əl-ələ, sülh, mehribanlıq şəraitində yaşayın. Valideynlərinizdən qalan mal-mülk davalarıyla ömrünüzü çürütməyin. Valideynlərinizdən nifrin yaradan qarğış yox, halallıq alın. Nə qədər ki, sağdırlar qədrlərini bilin, sevin, əzizləyin. Qohumlarınıza, xüsusən də yaşlı insanlara baş çəkin, könüllərini sevindirin.

İnanın ki, həyatınız dəyişəcək, gözəlləcək….

Xöşbəxtliyi yaşamaq bu qədər bəsit…