Dələduzluq edən müəllim saxlanılıb
Vətəndaşlar tərəfindən daxil olmuş çoxsaylı müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində sosial şəbəkələrdə endirimli onlayn xarici dil kursu təşkil edəcəyinə dair elan yerləşdirərək dələduzluq edən şəxs saxlanılıb.
Azadmediatv.com xəbər verir ki, bu haada məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Məlumatda bildirilir ki, saxlanılan həmin şəxs İngilis dili müəllimi kimi fəaliyyət göstərən Azər İsmayılovdur.
Belə ki, A.İsmayılov hüquq-mühafizə orqanlarına vətəndaşların onun barəsində çoxsaylı şikayətləri əsasında məsuliyyətə cəlb edilib.
Bildirilib ki, İsmayılovun rəhbərlik etdiyi “iamzervacademy” kimi tanınan dil kursu vətəndaşların 3 aylıq ödənişlərini əvvəlcədən alsa da, dərslər keçirilməyib.
A.İsmayılovun sosial şəbəkələrdə səhifəsini bir sıra məşhur bloqerlər və müğənnilər də reklam edib. Bu yolla o, vətəndaşların inamını qazanıb.
Qeyd edək ki, o, təsisçisi olduğu “iamzerv academy”-nin sosial şəbəkə hesabında real dəyərindən qat-qat aşağı qiymətə kurslar təşkil etdiyi ilə bağlı elanlar paylaşaraq zərərçəkənlərin 50-600 manat aralığında pul vəsaitlərini mənimsəyib.
Gülnaz Qənbərli
Azadmediatv.com



