Ruben Vardanyanın vəkili həbs-qətimkan tədbirinin ləğv edilməsini istəyib

Ruben Vardanyanın vəkili həbs-qətimkan tədbirinin ləğv edilməsini istəyib

Azərbaycan ərazisinə qeyri-qanuni soxularaq qondarma “Dağlıq Qarabağ Respublikası"nın "dövlət naziri” vəzifəsində çalışmış və sentyabrın 27-də “Laçın” dövlət sərhədinin buraxılış məntəqəsində saxlanılaraq həbs edilən Ruben Vardanyanın həbsindən verilən apellyasiya şikayəti təmin edilməyib.

Azadmediatv.com xəbər şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baxılıb.

Onun vəkili Afət Qazıyeva müvəkkili barəsində seçilən həbs-qətimkan tədbirinin ləğv edilməsini istəyib. Lakin məhkəmə birinci instansiya məhkəməsinin qərarını əsaslı sayaraq, şikayəti təmin etməyib.

Xatırladaq ki, Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddət ərzində törədilmiş çoxsaylı terrorçuluq cinayətlərinin araşdırılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ibtidai istintaq aparılır. Toplanan sübutlarla, hazırda Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü Vardanyan Ruben Karlenoviçin Azərbaycan Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib. 

Qeyd edək ki, törətdiyi qeyri-qanuni əməllərə görə R.Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR