Şəhidlərimizi təhqir edən ərəb turistlər məhkəmə qarşısında

Şəhidlərimizi təhqir edən ərəb turistlər məhkəmə qarşısında

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən ərəblər Səbail rayon məhkəməsinə aparılıb. Haqlarında cinayət işi açılıb. 

3 nəfər əcnəbinin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etmələri ilə bağlı Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

Müvafiq qərarla saxlanılanların hər biri barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, avqustun 17-də Şəhidlər Xiyabanına ziyarətdə iştirak edən ərəb mənşəli iki turisitin şəhidlərin qəbrlərinə yaxınlaşaraq, əxlaqa zidd hərəkətlər etməsi cəmiyyət tərəfindən haqlı  narazılıqla qarşılanıb.

Daxili İşlər Nazirliyinin əməkdaşları sözügedən turistlərin kimliyini müəyyənləşdirərək, qaldığı otelə əməliyyat keçirib. Hər iki turist saxlanılıb.

Gülnaz Qənbərli

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR