Natiq Cavadlının apellyasiya şikayəti rədd edilib
İyulun 3-də Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə “Meydan TV işi” üzrə həbs olunmuş jurnalist Natiq Cavadlının həbs qətimkan tədbirinin uzadılmasına dair verilmiş apelyasiya şikayətinə baxılıb.
Prosesdə verilən vəsatət təmin olunmayıb.
Qeyd eək ki, iyunun 24-də Meydan TV-nin əməkdaşları Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı, “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq etmiş Şəmşad Ağa (Ağayev) və bu iş üzrə həbs olunmuş jFatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva), Nurlan Libre (Qəhrəmanov), eyni zamanda vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirovun həbs müddəti daha 3 ay uzadılıb. Onların hamısı bu qərardan apellyasiya şikayəti verib.
Xatırladaq ki, 2024-cü il dekabrın 6-da Meydan TV-nin beş əməkdaşı- Ramin Cəbrayılzadə (Deko ), Aynur Qənbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.
2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən Şəmşad Ağayev (Ağa) də saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Fevralın 20-də isə Nurlan Libre (Qəhrəmanlı) Meydan TV ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində də həbs qətimkan tədbiri seçilib.
Fatimə Mövlamlı isə fevralın 28-də Meydan TV ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Xətai Rayon Məhkəməsi barəsində həbs qərarı çıxarıb.
Daha sonra Ülviyyə Əli (Quliyeva) mayın 7-də Meydan TV ilə əlaqəli cinayət işinə görə saxlanılıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs olunub.
Gülnaz Qənbərli
Azadmediatv.com