"Nərmin işi" yekunlaşır, İlkin Süleymanov son söz deyəcək

İyulun 10-da Gəncə Apellyasiya Məhkəməsində hakim Rafiq Cəfərovun sədrliyi ilə Tovuzun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham edilən İlkin Süleymanovun  işi üzrə məhkəmə prosesi keçirilib.

Azadmediatv.com xəbər verir ki,  məhkəmə prosesi iyulun 31-dək  təxirə salınıb. Prosesin təxirə düşməsinə səbəb İlkin Süleymanovun vəkillərindən ikisinin məhkəmədə iştirak etməməsi olub. Prosesdə bildirilib ki, iyulun 31-də İlkin Süleymanov soz söz deyəcək.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Qeyd edək ki, İ,Süleymanova AR Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

Gülnaz Qənbərli

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR