Məhkəmə Davud Tarverdiyevin bacısı Səbinəni aldadıldığı iddia olunan etirafı ekspertizaya göndərib

Məhkəmə Davud Tarverdiyevin bacısı Səbinəni aldadıldığı iddia olunan etirafı ekspertizaya göndərib

Yanvarın 27-də Sumqayıt şəhər Məhkəməsində hakim Vəfa xanım Şirəliyevanın sədrliyi ilə  Səbinə Sabir qızı İsmayılovanın Sumqayıt şəhəri 4 saylı Notariat ofisinin xüsusi notariusu Rüstəmov Cəmaləddin Qüdrət oğlu tərəfindən Tarverdiyev Davud Sabir oğluna verilmiş 11.11.2017-ci il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin ləğv edilməsi və atası Tarverdiyev Sabir Rəhim oğlundan miras qalmış əmlaklar üzərində payların tanınmasına dair  iddiasına baxılıb. Azadmediatv.com xəbər verir ki,  proses  şahid ifadələriylə davam edib.

Məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb. 

Prosesdən sonra iddiaçı S. İsmayılova bildirib ki, 

Sumqayıt şəhər məhkəməsinin icraatında qardaşım Tarverdiyev Davud Sabir oğluna və Sumqayıt şəhər 4 saylı Notariat ofisinin xüsusi notariusu Cəmaləddin Rüstəmova qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və miras payının müəyyən edilməsinə dair iddiama baxılır. Onun sözlərinə görə, İddia ərizəsinin araşdırılmasına dair hazırlıq iclası zamanı bir sıra hallar araşdırılıb: 

“Qeyd edim ki, tərəfimizdən məhkəməyə qardaşım Davud Tarıverdiyevin həqiqətən də miras payından imtina edilməsi ərizəsinə məni aldatmaqla qol çəkdirdiyini sübut edən səs yazıları təqdim olunmuşdur. Həmin səs yazılarında Davud Tarverdiyev “əcəb edib, belə etmişəm”, digərində  isə “belə etdim ki, sənədlərin arxasınca bir adam getsin” - deyərək, etdiyi əməli etiraf etmişdir ki, bu da imtina ərizəsini mənim iradəmə zidd şəkildə tərtib edildiyini sübut edir. Bugünkü məhkəmədə həmin səslərin Davud Tarverdiyevə aid olub-olmadığı soruşulduqda konkret cavab verilmədiyindən həmin səslərin mütəxəsis tərəfindən araşdırılması üçün ekspertiza keçirilməsinə dair vəkilim tərəfindən vəsatət  verilmişdir. Qeyd etmək istəyirəm ki, məhkəmənin gələcəkdə verəcəyi qərarın  obyektivliyi baxımından bu etirafedici səslərin Davud Tarverdiyevə  aid olub-olmaması  mütləq  yoxlanılmalıdır. Biz hesab edirik ki, məhkəmə bu məsələyə ciddi yanaşıb, düzgün qərar verəcəkdir. Çünki  qardaşım Davud Taeverdiyevlə mənim danışıqlarım zamanı o, mənə həmişə ona heç bir şey edə bilməyəcəyimi məhkəməyə versən belə, istənilən vasitə ilə orada da bildiyini edəcəyini deyirdi.  Eyni zamanda, bildirirəm ki,  Davud Tarverdiyev Sumqayıt şəhər məhkəməsində olan mülkü işə təsir göstərmək  üçün Cəmaləddin Rüstəmovla  əlbir olaraq, yalandan həyat yoldaşımın 4 saylı Sumqayıt şəhər notariusunun önündə xuliqanlıq etməsiylə bağlı polisə məlumat vermiş, polis isə öz növbəsində faktla əlaqədar inzibati protokol tərtib edərək, qəbul edilməsi üçün Sumqayıt şəhər məhkəməsinə verilmişdi. Məhkəmə araşdırması zamanı 4 saylı notariusun işçiləri yalan ifadə vermişdir. Məhkəmədə buna görə həyat yoldaşımın təqsiri sübuta yetirilmədiyindən və şahidlərin yalan ifadə verməsi əsas götürülərək inzibati protokolunun icraatına xitam verilmişdir. Ancaq mən hesab edirəm ki, Azərbaycan məhkəməsi müstəqildir və kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Buradan cənab  prezident İlham Əliyevə, vitse-prezident Mehriban xanım Əliyevaya, Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimova, Ombudsman Səbinə Əliyevaya müraciət edirəm. Xahiş edirəm, bu işin obyektiv baxılması üçün nazarətə götürəsiniz. Mənim pozulmuş hüquqlarımın bərpa olunmasına kömək edəsiniz”- deyə, o bildirib.

 

Qeyd edək ki, Sumqayıt şəhəri 4 saylı Notariat ofisinin xüsusi notariusu  Cəmaləddin Rüstəmovla bağlı bu ilk belə şikayət deyil. Əgər vətəndaşlar notariatda bağlanan sənədlərin ədalətinə şübhə etməyə başlayırsa, bu, hüquqi sistemə inamın zədələnməsi deməkdir. Belə hallarda məsul şəxslərin fəaliyyəti aidiyyəti qurumlar tərəfindən ciddi şəkildə araşdırılmalı, bütün prosedurların qanuna uyğun icra olunub-olunmadığına aydınlıq gətirilməlidir.

Gülnaz Qənbərli

Azadmediatv.com

Bakı-Sumqayıt-Bakl





OXŞAR XƏBƏRLƏR