Cəmil Məmmədli sərbəst ifadə verib
Noyabrın 23-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə müstəqil jurnalist Cəmil Məmmədlinin cinayət işi üzrə növbəti proses keiçirlib.
Azadmediatv.com xəbər verir ki, təqsirləndiriıən Cəmil Məmmədli sərbəst ifadə verib.
C.Məmmədli bildirib ki, ittiham edildiyi 4 epizoddan yalnız birində özünü qismən təqsirli bilir: "Mən sifarişlə həbs edilmişəm. Çünki 20 ildən çoxdur ki, bölgədə məmur özbaşınalıqlarını ifşa edirdim. Xaçmaz rayonunda və ümumilikdə regionda baş verən qanunsuzluqları, neqativ, xoşagəlməz halları işıqlandırırdım. Mən Xaçmaz rayonu Polis İdarəsinin rəisi və onun müavinin sifarişiylə həbs edilmişəm. İttiham başdan-ayağa iftiradır".
Növbəti proses dekabrın 21-də sənədlərin tədqiqiylə davam edəcək.
Xatırladaq ki, jurnalist Cəmil Məmmədli Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham olunur.
Qeyd edək ki, C.Məmmədli ittihamların qondarma olduğunu bəyan edir.
Gülnaz Qənbərli
Azadmediatv.com