Məhəmməd Mirzəliyə cəza verilib

Məhəmməd Mirzəliyə cəza verilib

Sentyabrın 15-də Binəqədi Rayon Məhkəməsində xaricdə yaşayan bloger Məhəmməd Mirzəlinin barəsində olan cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

Hakim Vüsal Tağıyevin sədrliyi ilə keçən prosesdə blogerə qarşı hökm oxunub. Hökmə əsasən, Məhəmməd Mirzəli 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, Mirzəli Cinayət Məcəlləsinin 220.2, (hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmək) və 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmək, həmçinin bu cür məzmunlu materialları yaymaq) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, Fransada yaşayan Məhəmməd Mirzəli Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü olub. 
Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR